PDF Oxu

Sosial

  • 13

İntellektual gənclər cəmiyyətin aparıcı qüvvəsidir YAP Oğuz rayon təşkilatının gənclər birliyinin tədbiri keçirilib

İntellektual gənclər cəmiyyətin aparıcı qüvvəsidir YAP Oğuz rayon təşkilatının gənclər birliyinin tədbiri keçirilib

Dünən YAP Oğuz rayon təşkilatının gənclər birliyinin yığıncağı keçirilib. Yığıncaqda rayon təşkilatının şura və idarə heyəti üzvləri, fəal gənclər, gənc ilk partiya təşkilatının sədrləri iştirak ediblər. Yığıncaqda YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsinin yekunları ilə bağlı məsələ müzakirə edilib. Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, bildirib ki, bu gün partiyanın Gənclər Birliyi kifayət qədər geniş və fəal təşkilatdır: "Bu gün hər bir Azərbaycan gənci virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir. Bunda əsas məqsəd sosial şəbəkələrdə vətəndaş olaraq gənclərimiz üzərlərinə düşən məsuliyyəti dərk etsin. Həmçinin, gənclər informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübələrini artırmaqla, Azərbaycanın uğurlarını ölkə daxilində və xaricində təbliğ etmək baxımından daha geniş və səmərəli fəaliyyət göstərmək imkanı qazanırlar".

YAP Oğuz rayon təşkilatının gənclər birliyinin üzvü, ümumrespublika müşavirəsinin iştirakçısı Elnur Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sosial şəbəkələrdə təbliğ olunur və bu işin daha da genişləndirilməsi əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, YAP-ın sosial şəbəkələrdə fəaliyyət göstərən qrupları, eləcə də, gənclərimiz bu yöndə çox geniş tədbirlər həyata keçirirlər: "YAP-ın gəncləri internet şəbəkələrdə işləməyə tam hazırdırlar və bu yöndə keçirilən tədbirlər davamlı olacaq. Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, partiyamızın gəncləri üçün keçirilən seminarlar böyük əhəmiyyətə malikdir. Çünki müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və bu texnologiyaları mənimsəmək, biliklərə yiyələnmək günümüzün tələbləridir".

Tədbirdə Oğuz rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, rayon təşkilatının gənclər birliyinin şura üzvləri Aqil Məmmədov, Mehman Ramazanov mövzu ətrafında fikirlərini bildiriblər və vurğulayıblar ki, Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim edilib.


R.Hüseynova

Digər xəbərlər