PDF Oxu

Sosial

  • 14

Xalq-Lider vəhdəti

Xalq-Lider vəhdəti

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq bu il, Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində geniş və möhtəşəm tədbirlər keçirildi. Xüsusilə, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunub. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında səfirlik, konsulluq, diplomatik nümayəndəliklərin və diaspor təşkilatlarının xətti ilə qeyd olunub.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunub.


Dünya Xocalıdan danışdı


Telekanallardan da açıq-aydın hiss olunurdu ki, bu il dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimləri daha kütləvi və möhtəşəm xarakterli olub. Məsələn, İstanbulun Taksim meydanında keçirilən böyük mitinq - anım tədbirlərinə nə qədər böyük önəm verildiyinin göstəricisi sayıla bilər. Eyni zamanda, digər dövlətlərdə keçirilən analoji tədbirlər də təbliğat baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd etmək istərdim ki, 20 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərini işğal edib. Blokadada qalan Xocalı sakinləri gülləbaran edilib. Rəsmi məlumatlarda həmin vaxt 613 nəfərin öldürüldüyü deyilir. Ölənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olub. 8 ailə isə tamamilə məhv edilib. Həmçinin, 487 nəfər yaralanıb, onlardan 76-sı uşaqdır. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.


Liderinin arxasınca Qarabağa getməyə hazır olan xalq


Rəsmi hesablamalara görə, Xocalının işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar paytaxtda da möhtəşəm ümumxalq yürüşü keçirildi. Paytaxtın Azadlıq meydanından Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkət edən yürüşdə 100 mindən çox insanın iştirak etdiyinin şahidi olduq.

Prezident İlham Əliyevin möhtəşəm yürüşün önündə getməsi, xüsusilə, diqqətdən yayınmadı. Bununla Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəy olmaq bacarığını bir daha sübut etdi. Şübhəsiz, bu cür hadisə bizi istəyən və istəməyən qüvvələrin də diqqət mərkəzində olub. Müharibə şəraitində olan bir xalqın Prezidentinin arxasınca gedərək, belə bir həmrəylik nümayiş etdirməsi bəzi qüvvələr üçün ciddi siqnal da ola bilər.

Maraqlıdır, Azərbaycan xalqının nümayiş etdirdiyi son ictimai gücün Qarabağ probleminin həllinə təsiri ola bilərmi? Belə ki, Xocalı faciəsinin 20 illiyi ilə bağlı dünya miqyasında görülən işlər özünün ən yüksək hədəfinə çatmış oldu. Bunun gələcəkdə ciddi ictimai-siyasi bəhrələrini hiss edəcəyik. Gələcəkdə bunun Azərbaycanla bağlı qəbul olunan qərarlara təsiri böyük olacaq və şübhəsiz ki, bu, Azərbaycan dövlətinin, xalqının, millətinin məqsədlərinə xidmət edəcək. Bizim başlıca hədəfimiz erməninin kimliyini dünyaya tanıtmaq deyil. Milli savaş, itirilmiş Qarabağ torpaqlarının qaytarılması bizim üçün ən önəmli məsələ olmalıdır".


Erməni diplomatiyasına öldürücü zərbə


Cənab Prezidentin bu dönəmdə Türkiyə və Azərbaycanın ictimai, milli həyatını birləşdirəcək çox mühüm qərarlar verməsi, həmin işlərin təşkilinə nəzarət etməsinin bizi istəməyən qüvvələrə ən böyük zərbə olduğunu deyən millət vəkili qeyd etdi ki, Bakıda və Taksimdə keçirilən möhtəşəm tədbir Azərbaycanın arxasında nə qədər qüvvənin olduğunu ortaya qoydu. Bu, Qarabağ məsələsi ilə bağlı qarşıdakı danışıqlar üçün Azərbaycanın son addımları yeni situasiyanı formalaşdırmış olacaq. Hamımız erməni diplomatiyasının son hadisələrlə bağlı necə zərbə aldığının şahidi olduq. Onlar artıq dərk edir ki, Xocalının soyqırımı kimi beynəlxalq miqyasda tanıdılması qarşısıalınmaz bir məsələyə çevrilib. Bunun da Qarabağ prosesinə təsiri qaçılmazdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Xocalı ilə bağlı görülən son işlər Qarabağ probleminin həllində yeni bir faktora çevriləcək.



Emma Aslanova,

Gəncə Dövlət Universiteti Azərbaycan tarixi

kafedrasının müdiri

Digər xəbərlər