PDF Oxu

Sosial

  • 12

Kimə xidmət edirsən?...

Kimə xidmət edirsən?...

"Turan" informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri Ələkbər Raufoğlu ilə Tamara Qriqoryeva Eyvazovna niyə mənəvi borclarından imtina edirlər?

Bu gün Azərbaycandan kənarda yaşayan bir çox ictimai xadimlərimiz, elm adamlarımız, jurnalistlərimiz, yaradıcı şəxslərimiz öz peşə fəaliyyətlərini uğurla davam etdirirlər. Əlbəttə ki, həmin uğurlu fəaliyyətləri çərçivəsində onlar həm də ölkəmizin maraqlarını, eləcə də, bütün əhəmiyyətli cəhətlərini yaşadıqları ölkələrdə yüksək səviyyədə tərənnüm edirlər. Onlar, o cümlədən, vətənləri olan Azərbaycanı xarici dövlətlərdə daha yaxından tanıdaraq, onun haqq səsini dünya ictimaiyyətinə çatdırırlar.

Lakin təəssüflə qeyd olunası məqamlar da mövcuddur ki, həmin məqamlara nəzər saldığımız zaman bir çox arzuolunmaz faktlar üzə çıxmış olur. Belə ki, apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, bu gün xaricdə fəaliyyət göstərən, bununla da şəxsi mənfəətlərini başqa dairələrdən güdən, yəni öz ölkəsinə az da olsa səmərə vermək istəyində olmayan insanlarımız da mövcuddur. Daha dəqiq desək, həmin insanlardan biri də Azərbaycanda anadan olmuş, bu ölkənin çörəyini yeyib, suyunu içmiş və hazırda ABŞ-da yaşayan Tamara Qriqoryeva Eyvazovnadır. Həmin T.Q.Eyvazovna ki, onun fəaliyyət istiqaməti bir çox arzuolunmaz nüanslarla doludur. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs bir vaxtlar - 4 il öncə APA informasiya agentliyinin ABŞ üzrə xüsusi müxbiri vəzifəsini icra edib. Bu ərəfədə, o "Turan" informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri Ələkbər Raufoğlu ilə ailə həyatı qurub. Bu gün onların hər ikisi müəyyən vasitələrlə Azərbaycan diasporası ilə işləməkdən imtina edərək, başqa məqsədlər güdürlər. Həm Ə.Raufoğlu, həm də T.Q.Eyvazovna bütün məqamlarda Azərbaycanda gedən yüksək inkişafa qərəz donu geyindirməklə, Qərb və ABŞ mətbuatına yalan informasiyalar ötürməklə məşğuldurlar. Maraqlıdır ki, Ə.Raufoğlu və T.Q.Eyvazovna nəyə görə bu cür qərəzli addımlar atırlar? Məgər onlar da bu ölkədə anadan olmayıblarmı? Məgər onların da canında bir qram olsa belə Vətən sevgisi yoxdurmu? Axı ən azından Azərbaycanda doğulub-böyümüş azərbaycanlılarla yanaşı, həm də digər millətlərin nümayəndələri xarici ölkələrə gedərkən, hər an vətən qarşısında olan ən xırda borclarını belə, canla-başla yerinə yetirirlər. Çünki bu, həmin insanların həm də mənəvi borclarıdır. Bu gün T.Q. Eyvazovnanın ABŞ Dövlət Departamenti tərəfindən işlə təmin olunması da artıq sirr həddini aşıb. Hətta müəyyən siyasi dairələr tərəfindən işlə təmin olunan Tamara "xanım" hər ay 2000 ABŞ dolları məbləğində vəsaitlə təmin olunur. Və "Turan" informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri Ə.Raufoğlunun, eləcə də, onun həyat yoldaşı T.Q.Eyvazovnanın sabah anti-Azərbaycan meyilli məlumatları Ermənistan mətbuatında işıq üzü görsə, bundan heç kim təəccüblənməməlidir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər