PDF Oxu

Sosial

  • 10

DİN-in Təchizat İdarəsinin    4 nömrəli bağçasında Novruz şənliyi keçirilib

DİN-in Təchizat İdarəsinin 4 nömrəli bağçasında Novruz şənliyi keçirilib

Baxğça uşağın ilk məktəbidir. Övlad da bağçada öz yaşıdları ilə oynayır. Bəzən ilk sevgisini bağçada tapır. Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin 4 nömrəli bağçasında uşaqları sevindirmək üçün, sevinclərinə sevinc qatmaq məqsədi ilə Novruz şənliyi keçirilib. SİA-nın xəbərinə görə, tədbirin təşkil olunmasında xüsusi rol oynayan bağçanın müdirəsi Sevinc Məmmədəliyeva çıxış edərək uşaqları, pedaqoji kollektivi, tədbirin digər iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

O bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim bayramlarından biridir və əsrlər boyu hər il qeyd olunur: "Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar. Hər il bu əziz bayram şərəfinə təhsil müəssisələrində bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bizim bağçamız da uşaqları sevindirmək üçün belə tədbirləri keçirməyi özümüzə borc bildik".

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Sonra uşaqlar bayram şənliyi üçün hazırladıqları maraqlı ədəbi-musiqili proqramı təqdim ediblər. Şənliyin ən maraqlı anları isə Bahar qızın gəlişi, Kosa ilə Keçəlin çıxışları olub. Onlar öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara sevincli anlar yaşadıblar.


Hafiz Təmirov

polis baş leytenantı

Digər xəbərlər