PDF Oxu

Sosial

  • 6

İSVEÇRƏDƏ 110 MİN DOLLAR, AZƏRBAYCANDA 17 MANAT

İSVEÇRƏDƏ 110 MİN DOLLAR, AZƏRBAYCANDA 17 MANAT

İflic xəstəliyindən əziyyət çəkən radikal müxalifət, yenə də öz "fəaliyyəti" ilə xalq arasında dəstək qazanmağa cəhd edir. 20 ilə yaxın bir müddət ərzində köhnə fırıldaqçılıqlarından doymaq bilməyən bu bədxahlar öz məkrli niyyətlərini həyata keçirmək üçün hər gün boğazdan yuxarı bəyanatlar verməklə, ölkədə xoşagəlməz və ictimai asayişin ciddi şəkildə pozulmasına gətirib çıxaracaq hadisələrin yaranmasına səbəb olmaq istəyirlər.

Tarixin sinaqlarında boğularaq, yoxolma dərəcəsi kimi ifrat bir həddə çatan radikal müxalifət qüvvələri, Azərbaycanın demokratik şəraitdə inamla atdığı hər bir uğurlu addıma maneə yaratmaqdan başqa heç bir funksiyaya malik deyillər. Üç-dörd başıboş və adlarını siyasətçi kimi qələmə verən,əslində isə, heç bağça müəlliməsi kimi məsuliyyətli bir işin öhdəsindən gəlməyi belə bacarmayan bu səriştəsiz radikal müxalifət partiya sədrləri, utopik fikirlər qurmaqla, özlərini Azərbaycanın siyasi arenasında əvəzolunmaz şəxslər kimi görürlər. Sağlam rəqabət apara bilməyən, hətta siyasətin mahiyyətindən və incəliklərindən belə bixəbər olan İsa Qəmbərov, Əli Kərimov və digər müxalifət partiya sədrləri, siyasəti bir kənara qoyaraq, onlara məxsus olan mətbuatda bir-birilərinə atmacalar atmaqla, özlərini daha da gülünc vəziyyətə salırlar. Azərbaycan xalqının mentalitetinə zidd olan bu kimi xoşagəlməz xəbərləri radikal müxalifət mətbuatında oxuduğumuz zaman, bu insanların iç üzlərini və sözün əsil mənasında, hansı əqidəyə qulluq etdiklərini anlamaq elə də çətin deyil. İnsan haqları və demokratiyadan dəm vuran "radikal müxalifət partiya sədrləri" dünyada gedən son dəyişikliklərdən, həmişə olduğu kimi, bixəbərdirlər. Qanunsuz aksiyalar keçirməyə vərdiş edən radikalar, qanun pozuntusuna yol verdikləri üçün məsuliyyətə cəlb edilən zaman söz azadlığı şüarı altında gizlənməyə və özlərinə bəraət qazandırmağa çalışırlar. Bu yaxınlarda demokratiyanın simvollarından sayılan İsveçrədə icazəli mitinqlərin keçirilməsi zamanı adambaşı 110 min dollar dəyərində pul ödənişi haqda qanun qətnaməsinin qəbul edilməsi, Böyük Britaniya kimi nəhəng və insan azadlıqlarına hörmətlə yanaşılan demokratik bir dövlətdə internet şəbəkələrinə qadağaların qoyulması bir daha sübut edir ki, Azərbaycanda söz azadlığına və insan hüquqlarına hər zaman hörmətlə yanaşılır. İctimai asayişin pozulması, icazəsiz aksiyaların keçirilməsi zamanı paytaxtımızın küçə və meydanlarında saxlanılan şəxslər ən yüksək halda 17 manat məbləğində cərimə olunur. Sərt addımların atılmamasından rahatlanan, sağlam düşüncəyə, siyasi potensiala malik olmayan radikal müxalifətə və onları dəstəkləyən "xarici qüvvələrə" bir daha dünyada gedən son prosseslərə nəzər salmaq məsləhət görülür.


İLQAR

Digər xəbərlər