PDF Oxu

Sosial

  • 10

Əbülfəz Elçibəy: “Xalq deyir ki, canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən” Onun xisləti sirr deyil, reallıqdır

Əbülfəz Elçibəy: “Xalq deyir ki, canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən” Onun xisləti sirr deyil, reallıqdır

AXCP (i) sədri Əli Kərimovun "siyasi karyerası" boyunca hansı tipli riyakar əməllərdən çıxması həm o zamanlar, həm də hazırda siyasətlə maraqlanan ictimaiyyətin yadından çıxmayıb. Bu riyakarlıq həm də "cəbhə" sədrinin "siyasi mətbəxində formalaşmış" bir çoxlarının həyatlarındakı qaranlıq məqamlarda da yetərincə əks olunub. Lakin bütün mənalarda bir həqiqət mövcuddur: Ə.Kərimov şəxsi mənafeləri naminə daim xalqdın adından sui-istifadə istifadə edərək, həm müxalifət düşərgəsindəki opponentlərinə, həm də bütövlükdə ictimaiyyətə qarşı çirkin oyunlar oynayıb, xallar qazanmağa səy göstərib. Əlbəttə ki, reallıqları dərk edən hər bir kəs bu gün çox gözəl bilir ki, AXCP (i) sədrinin riyakarlığı hələ AXC-Müsavat iqtidarı dövründə özünü tam şəkildə büruzə vermişdi. Buna misal kimi, həmin hakimiyyət zamanı keçirilən müşavirələrdə qarşılıqlı ittihamlardan da həmin məsələləri sezmək mümkündür. Və bu gün Ə.Kərimovun pafosla, ağızdolusu ifadələr altında özünə yeni "güc mərkəzi" yaratmağa cəhd göstərməsi və həmin "güc mərkəzində" özünün zəhərli "gənclər siyasətini" yürütməyə çalışması o demək deyil ki, hər şey və hər kəs unudulmuşdur. Təbii ki, bu, belə deyil. Ona görə də həmin tarixləri bir daha xatırlatmaq kifayət edər ki, "cəbhə" sədrinin kim olduğunu ortaya çıxarasan. 1993-cü il 25 may tarixində keçirilmiş müşavirinin ittihamlarına cavab olaraq o zamankı ölkə rəhbəri, mərhum Əbülfəz Elçibəy üzünü Ə.Kərimova tutub demişdir ki, həmin iqtidarda oturan hər bir kəsin günahları çox böyükdür.


Əbülfəz Elçibəy, 1993-cü il: "Xalq deyir ki, canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən"


Sözügedən müşavirədə çıxış edən o zamankı dövlət başçısı Ə.Elçibəy respublikada talançılığın baş alıb getməsini bu cür izah edib: "Burada oturan orqanların əli həmin cinayətlərdə var. Azərbaycan rayonlarında benzin tapılmır, Ermənistan isə tonlarla Azərbaycan neftini aparır. Xalq deyir ki, canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən!"

Göründüyü kimi, buradan da məlum olur ki, nəinki ölkədə, eləcə də, düşmən Ermənistanda da mənfəət güdən o zamankı dövlət rəhbərləri Qarabağ müharibəsindən kifayət qədər qazanc əldə ediblər. Hər halda, bu gün hazırkı iqtidarı ittiham edən Ə.Kərimov, çox yəqin ki, Ermənistana xaincəsinə satılan benzin pullarından kifayət qədər özünə xəzinə toplaya bilib. Onun bu kimi tarixi alçaqlıqları arxasında inkişaf edən, dünyada lider ölkə kimi sayılan müasir Azərbaycana, ölkə rəhbərliyinə qara yaxmaq cəhdləri, əslində, Ə.Kərimovun iç üzünün daha da açılmasına xidmət edir. Yəni o, nə qədər öz çirkinliklərini belə mənfur əməlləri ilə gizlətməyə çalışsa da, əvəzində, həmin çirkinlikləri daha da qabarıq şəkildə üzə çıxacaq.


Əli Kərimov, 1993-cü il: "Dövlət əmlakının dağılmasında özümüzü mənən iştirakçı saymalıyıq"


Bu əsnada o zamankı cinayətkar əməllərini guya ört-basdır etmək istəyində olan Ə.Kərimov qabaqdangəlmişlik edib, özlərini də həmin cinayət əməllərində mənən iştirakçı olduğunu deyib. Məsələn, deyib ki, iqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının talan edilməsi adi hala çevrilib: "Dövlət əmlakının talan edilməsi adi hala çevrilib. Dövlət əmlakının dağıdılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq. Artıq dövlət orqanlarının daxilində cinayətkar təbəqələr formalaşmaqdadır".

Sözsüz ki, bu çıxışı edən Ə.Kərimov, əslində, o zamankı hakimiyyətdaxili qüvvələrə qarşı öz ambisiyalarını da ortaya qoymağa cəhd göstərib. Bununla o, Əbülfəz Elçibəyi kreslodan salmaq, özünü isə həmin kresloya çıxarmaq məqsədini də gizlətməyib. Bunu onun Ə.Elçibəyə qarşı göstərdiyi antipatik hisslərindən də sezmək mümkündür. Hər halda, mərhum müxalifət liderini "siflis xəstəsi", "ağıldankəm alkaş" adlandıran biz yox, məhz Ə.Kərimovun özüdür. Belə bir məqamda onun bu gün müxalifət mətbuatına çıxaraq, ağzına gələn murdarlıqları iyrənc ifadələrlə əks etdirməsi, əslində, ictimaiyyətin ciddi qınağına səbəb olur. Ona görə də, bu gün AXCP (i) sədrinin hər növ riyakarlıqlara sahib olması sirr deyil, reallıqdır.

Rəfiqə Hüseynova

Digər xəbərlər