PDF Oxu

Sosial

  • 4

Mitinq, yoxsa piket?

Mitinq, yoxsa piket?

"İctimai Palata"nın aprelin 8-də keçirdiyi mitinq həm say baxımından, həm də keyfiyyət baxımından tamamilə başqa cür xarakterizə olunmaqdadır. Qeyd edək ki, həmin aksiya həm ictimaiyyət, həm də digər normal fəaliyyət göstərən siyasi təşkilatlar tərəfindən ciddi qəbul olunmayıb. Çünki radikalların 8 aprel aksiyası mitinq kimi deyil, piket kimi dəyərləndirilməkdədir. Bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da vurğulayıb.


İstefaya aparan uğursuzluq


S.Novruzovun bildirdiyinə görə, aksiyada çox az sayda vətəndaş iştirak edib və həmin tədbirin nəticəsi olaraq, radikal müxalifətin başbilənləri həmin andaca istefaya getməli idilər: "Burada o qədər az sayda adam var ki, gərək bu aksiyanın təşkilatçıları bu tədbir başlayan kimi istefa verib gedəydilər".

Sözsüz ki, S.Novruzovun ifadələrində bir həqiqət dayanıb ki, həmin həqiqət radikalizmin ölkəmizdə qəbul olunmamasıdır. Eyni zamanda, bu günə qədər müxtəlif cür aksiyalar keçirən düşərgə liderləri bütün mənalarda öz gücsüzlüklərini düşərgədaşları tərəfindən qəbul edilməmələrini nümayiş etdiriblər. Və bu barədə də fikirlərini bildirən S.Novruzovun sözlərində həqiqətlər özünü doğrultdu: "Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaqbaşı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər".


Milləti, dövləti, bayrağı təhqir edən xəyanətkarlar toplumu


Əlbəttə ki, bir neçə yüz nəfərin toplaşdığı aksiyanı "minlərlə" kimi təqdim edən radikal müxalifət rəhbərləri bunu utanmadan ictimaiyyətə sırımağa cəhdlər göstərir, həmin yalançı vasitələrlə nəyəsə "qadir" olduqlarını sübut etməyə çalışmaq istəyirlər. Hansı ki, əslində, millətdən, dövlətdən dəm vuran həmin adamlar Azərbaycan bayrağına belə hörmət qoymayan xəyanətkarlar toplusudurlar. Bu barədə də münasibət bildirən S.Novruzov qeyd edib ki, aksiya iştirakçıları bilavasitə Azərbaycanın müqəddəs atributlarına hörmətsizlik ediblər: "Burada Azərbaycan bayrağına hörmətsizlik edilir. İştirakçılar AXCP-nin, Müsavatın da bayraqlarını yerə atıblar. Öz partiyalarıdır, öz bayraqlarıdır, özləri bilər, amma Azərbaycan bayrağına belə hörmətsizlik etmək onların səviyyəsinin göstəricisidir. Çünki Azərbaycan bayrağı Azərbaycan dövlətinin simvoludur".

YAP səlahiyyətlisinin də dediklərindən bir daha bəlli olur ki, bütün dövrlərdə Azərbaycan dövlətçiliyi adından sui-istifadə edən siyasi manqurtlar dəstəsi hər dəfə iç üzlərini ifşa edirlər. Onları nə xalq, nə millət, nə də ki, dövlət amili maraqlandırmır. Onları maraqlandıran sadəcə xarici ağalarından aldıqları vəsaitlər, həmin vəsaitlərin müxtəlif bu kimi olaylarda mənimsənilməsi və xalqı aldatmaqdır. Lakin bu da onlara ucuz başa gəlməyəcək. Çünki hər şeyin vaxtı olduğu kimi, radikalizmin də zamanı tükənib. Ona görə də piket xarakterli qondarma mitinqlər keçirmək istəyərkən, onların hər biri biabırçılıqla ifşa olunacaqlar. Hər halda, xalq bunu dəfələrlə görüb, şahidi olub.


Rəfiqə Hüseynova

Digər xəbərlər