PDF Oxu

Sosial

  • 12

“Azərbaycan-Türkiyə münasibətinin bu günü və gələcəyi” adlı elmi-praktik konfrans keçirilib

“Azərbaycan-Türkiyə münasibətinin bu günü və gələcəyi” adlı elmi-praktik konfrans keçirilib

Atatürk Mərkəzində "Azərbaycan-Türkiyə münasibətinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" adlı elmi-praktik konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva iki dövlət arasında olan əlaqələrin genişləndiyini vurğulayıb: "Bu kimi tədbirlərin keçirilməsi yüksək səviyyədə olan əlaqələrimizin hazırkı vəziyyətini və birgə fəaliyyətimizin perspektivlərini dəyərləndirmək baxımından çox önəmlidir. Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın uğurudur. Sürətlə dəyişən dünyada mövqeyimizi daha da gücləndirmək üçün Azərbaycan, Türkiyə və digər Türkdilli ölkələr arasında əməkdaşlığı, qarşılıqlı dəstək, həmrəylik və birliyi daha da gücləndirmək bütün Türk dövlət və toplumları üçün çox vacibdir. Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Şurası Parlament Assambleyasında (QİƏŞ PA) Türkiyə nümayəndə heyətinin rəhbər İsmail Safi isə qeyd edib ki, iki ölkə arasında olan əməkdaşlıq uzun illərdir hökm sürür: "Bu gün əgər biz ortaq düşmənə qarşı birgə mübarizə aparırıqsa, bu, artıq çox önəmlidir. Azərbaycan-Türkiyə münasibətlərini bundan sonra da pozmaq istəyənlər olacaq. Biz buna yol verməməliyik, çünki dünyada Azərbaycanı Türkiyədən, Türkiyəni də Azərbaycandan çox istəyən yoxdur".

Konfransda həmçinin "Qondarma erməni soyqırımı" iddia və yalanlarının qarşısının alınmasında QHT-nin və KİV-in rolu, vəzifəsi kimi məsələlər də müzakirə olunub. Tədbirdə bır sıra millət vəkilləri, ictimai- siyasi xadimlər iştirak edərək mövzu ətrafında fikirlərini bildiriblər.

Digər xəbərlər