PDF Oxu

Sosial

  • 9

YAP Yevlax rayon təşkilatında gənclər üçün treninq kurslar öz işinə başladı

YAP Yevlax rayon təşkilatında gənclər üçün treninq kurslar öz işinə başladı

Dünən YAP Yevlax rayon təşkilatı gənclər üçün İKT-yə həsr olunmuş treninq kurslarına start verdi. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına Muzeydə oldular. Ulu Öndərin büstü qarşısına gül dəstələri qoyaraq, muzeylə tanış oldular. Sonra Yevlax şəhər mərkəzi elektron kitabxanasında treninq kurslarına start verildi. Toplantını YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirdi ki, bu gün ölkəmiz dünyaya inteqrasiya edir: "Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti ilə ölkəmizdə gənclərə yaradılan bütün şərait biz gəncləri daha yaxşı işləməyə, ölkəmizi bütün sahələrdə layiqli şəkildə təmsil etməyə sövq edir. İnanırıq ki, YAP Yevlax rayon təşkilatının təşkil etdiyi kurslar ölkəmizin virtual aləmdə geniş təmsil olunmasına öz töhfəsini verəcəkdir. Gənclərdə olan bu cür yüksək əhval-ruhiyyə onu göstərir ki, bütün ölkə gəncləri kimi Yevlax gəncləri də cənab Prezidentin uğurlu siyasətini dəstəkləyir və Onun atdığı addımlarla irəliləməkdədir".

Tədbirdə YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Minə Əhmədova çıxış edərək, gənclərə bu sahədə uğurlar arzuladı. O, vurğuladı ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə də, gənclər öz vətəndaşlıq borcunu dövlətinə sədaqəti, yüksək xidməti ilə göstərməkdədir: "Bu gün ölkə Prezidenti İlham Əliyevin yevlaxlılara, xüsusilə də, gənclərə bəslədiyi etimadı gərək siz əməli işinizlə doğruldasınız. Bu istiqamətdə aparılan hər bir işdə YAP Yevlax rayon təşkilatı sizi dəstəkləyir, gənclərlə birgədir".

Sonra kursun ilkin mərhələsi olaraq mühazirələrə start verildi.


A.Səmədova

Digər xəbərlər