PDF Oxu

Sosial

  • 11

“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi”

“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi”

Tədqiqatçı-jurnalist İlham Əliyevin Azərbaycan tarixinin qədim və müasir dövrlərindən bəhs edən "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı çapa hazırlanır. Kitabda müəllifin ciddi araşdırmaları, tarixi proseslərə obyektiv yanaşması maraq doğurur. Yeni nəşrdə Azərbaycan dövlətçiliyi və onun yaranmasını, inkişaf mərhələlərini diqqətə çəkən tədqiqatçı reallıqları üzə çıxararaq, dövrümüz üçün əhəmiyyətli olan məsələlərə aydınlıq gətirir.

Azərbaycanın dövlətçilik tarixini araşdıran müəllif tarixin müəyyən mərhələlərinə nəzər salarkən, ermənilərin boş xülyalarını, onların tarixən iddialı olan baxışlarını mövcud mənbələrə əsaslanıb, tarixi sənədlərlə diqqətə çatdırır.

Kitabda 5 min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında tarixi faktlar açıqlanıb. Kitabın ermənilərin Cənubi Qafqaza köçürülməsini əks etdirən bölmələri də dolğun, maraqlı və yeni faktlarla zəngindir. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törənmə səbəbləri kökündən araşdırılır və elmi əsaslarla ortaya qoyulur. Belə ki, əsrlər boyu Azərbaycan torpaqlarına qarşı iddialı çıxış edən ermənilərin işğalçılıq siyasəti, xəyanətkar xisləti faktlarla göstərilir. Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqırımı siyasəti, Azərbaycan kəndlərinin, qədim yurd yerlərinin boşaldılması tarixi sənədlərin dili ilə açılır. Sözsüz ki, müəllif bu münasibətlərin fonunda beynəlxalq vasitəçilərin münaqişənin tənzimlənməsindəki laqeyd baxışlarını da qeyd edir.

"Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı tarixçilər, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

NƏZAKƏT

Digər xəbərlər