PDF Oxu

Sosial

  • 10

“Azərbaycanın BMT TŞ-yə sədrliyi dövründəki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər”

“Azərbaycanın BMT TŞ-yə sədrliyi dövründəki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər”

May ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi həyata keçirəcək. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyir ki, bütövlükdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması diplomatik nailiyyətidir. Onun sözlərinə görə, ilk dəfə olaraq həyata keçiriləcək sədrlik müddətində diplomatiyamız bir daha Azərbaycanın ədalətli və beynəlxalq hüquq normalarını müdafiə etdiyini nümayiş etdirəcək: "Bu Azərbaycan tarixində çox böyük hadisə olacaq. Azərbaycan nümayəndəsi beynəlxalq bir qurumun ən mühüm təşkilatına sədrlik edəcək. Bizim bu dövrdəki fəaliyyətimiz bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər".

M.Qurbanlı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan məsələlər ATƏT-in Minsk qrupunun himayəsindədir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupuna bu məsələnin verilməsi ABŞ-ın Təhlükəsizlik Şurasının müvafiq tövsiyyəsi ilə keçirilib: "Minsk qrupu 1992-ci ildən bu məsələ ilə məşğul olur və bu prosesdə Avropa İttifaqının iştirakı qurumdakı aparıcı ölkəsi olan Fransanın təmsilçiliyi ilə özünü göstərməkdədir. Bəzi ekspertlər təhrik edirlər ki, ayrılıqda Fransanın deyil, Avropa İttifaqı səviyyəsində diplomatın bu münaqişədə vasitəçilik missiyasını öz üzərinə götürməsi həyata keçirilsin. Yəni, ATƏT-in Minsk qrupunun həmsədrliyi Rusiya, ABŞ və Avropa İttifaqı timsalında müəyyən edilsin. Əlbəttə, bu variant da mümkündür. Ancaq bu variantın həyata keçirilməsi üçün Avropa İttifaqının bütövlükdə bu məsələyə açıq münasibət bildirməsi və burada maraqlı olması özünü göstərə bilər. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının da müvafiq addımlar atması zərurəti var".

Digər xəbərlər