PDF Oxu

Sosial

  • 14

Milli qaz faktoru və Azərbaycanın yeni enerji doktrinası

Azərbaycanın birbaşa təşəbbüsü ilə regionda yeni yanacaq dəhlizlərinin yaradılması dünya enerji təhlükəsizliyində ölkəmizin mövqeyini möhkəmləndirmək və iqtisadi dividendlər gətirməklə bərabər, siyasi üstünlüyünü də artırmış olur Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın yaxın onillikdə bölgədə ən güclü qaz təchizatçısına çevriləcək. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda 2015-ci ildə qaz hasilatı 30 mlrd. kubmetrə, 2025-ci ildə 50 mlrd. kubmetrə çatacaq. Hazırda ARDNŞ dünyanın 30 ölkəsinə neft məhsulları ixrac edir və şirkət gələcəkdə ixrac coğrafiyasının daha genişləndirilməsini nəzərdə tutur. Respublikamız dünyanın 50-dən çox ölkəsinə qaz ixrac edəcək.

Bu faktor Azərbaycanın milli enerji siyasətinin ən mühüm komponentlərindən birinə çevrilən qaz resurslarının dünya iqtisadiyyatında əhəmiyyətli rol oynamasını şərtləndirmiş olur. Qeyd edək ki, Azərbaycanın milli enerji siyasəti son 5 ildə və karbohidrogenlərin nəqlinin həm diversifikasiyası, həm də coğrafiyasının genişlənməsi ilə xarakterizə olunmaqdadır. Son illərin enerji marşrutlarının strukturunda qaz kəmərləri əsas yer tutur. Bu, artıq bölgədə Azərbaycanın mərkəzi qaz nəqli təchizatçısı olması statusunun göstəricisidir. Qaz ehtiyatlarının nəqlinin artması, yeni yataqların kəşf olunması, hasilatla bağlı digər amillər ötən il qaz strategiyasının zənginləşməsini şərtləndirib. Ümumiyyətlə, Azərbaycanda başlayan qaz bumunun keyfiyyət baxımından yeni mərhələyə keçid alması kimi də səciyyələndirilə bilər, ölkəmizin yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlərin əldə edilməsi ilə yadda qalıb. Trans-kontinental siyasi xətt, bütövlükdə, enerji siyasətinin möhkəmlənməsinə zəmin yaradıb. Avropaya qaz nəqlinin artırılması, Rusiya istiqamətində şimal marşrutunun nəql imkanlarının gücləndirilməsi, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsaslı işlərinin gücləndirilməsi, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi ötən ilin uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər.

Azərbaycanın enerji siyasətində qaz faktorunun xüsusi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarıb. "Abşeron" qaz yatağının kəşf olunması, qardaş Türkiyə ilə yeni qaz sazişinin imzalanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradıb. Bu faktorlar qaz resurslarının Avropa bazarlarına ixracı üçün "Cənub dəhlizi" digər boru kəmərlərinin çəkilişinin sürətləndirilməsi, digər qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında liderliyi ələ alması baxımından mühüm geoiqtisadi əhəmiyyət kəsb etmiş olur.

Son illərin ən zəngin iqtisadi yeniliklərindən biri "Abşeron" yatağının kəşfi sayıla bilər. Bu siyasi və iqtisadi hadisə ümumdünya hadisəsi kimi ötən il diqqəti çox cəlb etdi. "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi mühüm tarixi hadisə kimi ölkəmizin qaz potensialının güclü olmasının daha bir əyani təzahürü oldu. Bu yatağın kəşfi Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlarının yeniləşməsinə zəmin yaradan bir faktor sayıla bilər. İndiyədək respublikamızın qaz ehtiyatları 3-4 trilyon kubmetr təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetrə bərabər olacaq. Bu, çox ümidverici və həddindən artıq böyük proqnoz göstəriciləri sayıla bilər. Azərbaycan yeganə ölkələrdəndir ki, son bir ildə proqnoz göstəricilərini 2 dəfə artıra bilib. Xəzər bölgəsində heç bir ölkə 2010-cu ilin sonlarından bu yana 2 dəfə nəhəng qaz yatağını kəşf etməklə güclü proqnoz dəyişiklikləri əldə etməyib. "Ümid" yatağının kəşfi ilə Azərbaycanın qaz proqnozları 3 trilyondan 4 trilyona çatdırıldı və hazırda "Abşeron" yatağının kəşfindən sonra bu göstəricilər yenə dəyişmiş oldu. Yəni, ölkəmiz bir il ərzində ehtiyatlarının proqnozlaşdırılan həcmini 2 dəfə artırmaqla, bölgədə ən güclü geoloji-kəşfiyyat planlarına malik olmasını və zəngin qaz ölkəsi kimi yeni-yeni perspektivlərə yol açdığını təsdiqləmiş oldu.

Hazırda ən mühüm siyasi-iqtisadi hadisə kimi ötən ilin sonlarında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasını göstərmək olar. Bu sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş dünyanın supergücləri və Avropa Birliyi tərəfindən böyük rezonans doğurub və yeni enerji əməkdaşlığı ilə bağlı sənəd qlobal miqyasda mühüm əhəmiyyət daşıyan iqtisadi-siyasi hadisə kimi səciyyələndirildi. Bu saziş "Cənub dəhlizi" enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni-yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açır. Avropa Birliyinin nüfuzlu analitiklərinin qeyd etdikləri kimi, artıq bölgədə ən nəhəng tranzit dəhlizlərinin yaradılması üçün real zəmin formalaşıb. Onların sırasında isə yeni onilliyin ən strateji enerji arteriyası olan Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya (AGRİ) qaz şəbəkəsini göstərmək olar. Artıq bu dəhlizin tam rentabelliyi üçün zəmin mövcuddur və tərəflər qaz kəmərinin yaxın dövr üçün işə düşməsinə nail ola biləcək. Ölkələr arasında imzalanmış qaz sazişinin əsas detalları da məhz yaxın müddətdə Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına nəqlini nəzərdə tutur. Bu saziş, həmçinin, "Şahdəniz" layihəsinin ikinci fazasının da sanksiyalaşdırılmasına əsil fürsət yaradır. Qaz faktorunun milli enerji siyasətinin əsas konsepti kimi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarmış olur. Belə ki, qaz faktoru Azərbaycanın enerji diversifikasiyası ilə bağlı siyasətinin dərin xarakter alması fonunda regionda geoiqtisadi coğrafiyanın dəyişməsinə əlverişli zəmin yaradıb. Məlum olduğu kimi "Şəhdəniz-2" fazası ilə bağlı xarici neft şirkətləri ilə aparılan danışıqlar son aylar intensiv xarakter alıb və bu layihənin həyata keçməsi üçün sanksiyanın verilməsi planlaşdırılır. Bir neçə müddətdir ki, bəzi detalların razılışdırılmaması sanksiyalaşmanı təxirə salıb. Amma ötən il baş verən iqtisadi dividendlər (Türkiyə ilə qaz sazişinin imzalanması və "Abşeron"un kəşfi ) "Şahdəniz-2" layihəsinə tezliklə başlamağı da zəruri edir, AGRİ layihəsinin tezləşməsinə zəmin yaradır. Bu layihə "Cənub dəhlizi"nin bir seqmenti olmaqla qazın İtaliyadan Balkanlara və Mərkəzi Avropaya çatdıracaq. Qazın nəqli üçün İtaliya ilə Yunanıstan arasında yeni kəmər çəkilməkdədir. İtaliyanın "Edison" və Yunanıstanın "Depo" şirkətləri Azərbaycan qazının nəqli üçün boru kəmərinin tikintisi üzrə lazımi işlərə başlayıb. 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstan və İtaliyanı birləşdirəcək kəmərin inşası planlaşdırılır. Yanacağın İtaliyaya ixracına da məhz 2012-ci ildə başlanıla bilər. Yanacağın İtaliyadan başqa ölkələrə də ixracı nəzərdə tutulur. Beləliklə, bu layihənin reallaşması Pireney yarımadası-Adriatik regionunda yeni qaz şəbəkəsinin yaradılmasına səbəb olacaq.

Göründüyü kimi, Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri yanacaq resurslarının şaxələndirilmiş şəkildə, bütün bölgə dövlətlərinin təminatının həl olunmasına və qarşılıqlı maraqlara uyğun olmaqla həyata keçirilməsindən ibarətdir. Ölkəmiz enerji amilindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə etmir, tərəfdaşları ilə yalnız faydalı əməkdaşlığa üstünlük verir. Respublikamız mükəmməl balanslaşdırılmış platforma yaratmaqla hər bir ölkənin iqtisadiyyatına öz töhfəsini verir.

"Səs" Analitik qrupu

Digər xəbərlər