Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedoqoji Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Gənclər Heydər Əliyev irsini öyrənir" mövzusunda mühazirə kursu başlayıb. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov Ulu öndər Heydər Əliyev həyat və fəaliyyəti, Azərbaycanın inkişafına naminə göstərdiyi misilsiz xidmətlər barədə tələbə-gənclərə ətraflı məlumat verib. YAP Gənclər Birliyinin sədri Azərbaycanda dövlət gənclər siyasətinin də əsasının məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
S.Orucov bildirib ki, 30 aprel-7 may tarixləri arasında keçiriləcək mühazirələri ölkəmizin tanınmış siyasi xadimləri, elm adamları dinləyicilərin diqqətinə çatdıracaq.