PDF Oxu

Sosial

  • 9

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş zona turniri keçirildi

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş zona turniri keçirildi

YAP Şəmkir rayon təşkilatı Şəmkir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Şaolin" döyüş sənətinin Sanda növü üzrə zona turniri keçirildi. Şəmkir rayonunun güləş məktəbində keçirilən turnirdə Gəncə, Qazax, Şəmkir idmançıları müxtəlif növ çəki dərəcələrində öz qüvvələrini sınadılar.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanda 2 Fevral Gənclər Günü 1997-ci ildən qeyd edilir. Həmin gün məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir".

F.Vəliyev, həmçinin, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq, vurğuladı ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır: "Ümummilli Lider Heydər Əliyevin qoyub getdiyi siyasətin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan idmanı sürətlə inkişaf etməkdə davam edir".

Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlova çıxış edərək, bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuşdur. Xüsusilə, ölkə Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idman və Olimpiya hərəkatının inkişafında böyük canlanma baş verdi: "Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz artıq bir çox beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib".

Mərasimdə YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədri Ruhid Hacıyev qeyd etdi ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri də yüksək sürətlə inkişaf etməyə başlayıb. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmişdir.

Yekunda qalib olan idmançılar YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar, diplomlar, medallar və qiymətli hədiyyələrlə təltif olundular.


R.HÜSEYNOVA

Digər xəbərlər