PDF Oxu

Sosial

  • 13

Kristofer Ştrasser nə Almaniyanın, nə də Avropa Şurasının maraqlarını ifadə edir

Kristofer Ştrasser nə Almaniyanın, nə də Avropa Şurasının maraqlarını ifadə edir

"AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser adi bir fərddir, vətəndaşdır. O, nə Almaniyanın, nə alman xalqının və nə də Avropa Şurasının maraqlarını ifadə edir". Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, K.Ştrasserin Azərbaycan əleyhinə, Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsinin əleyhinə dediyi fikirlər cəfəngdir. "Hamı əmin olsun ki, bu mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın" - deyə Z.Əsgərov vurğulayıb.

Birinci vitse-spiker qeyd edib ki, kimlərsə bəzi şəxsi məsələlərini gündəmə gətirib Azərbaycanda şou yaratmaq və yaxud digər dövlətlərin diqqətini cəlb etmək istəyirlər. "Bütün bunlar tamamilə mənasızdır, onların bu yersiz cəhdləri baş tutmayacaq" - deyə Z.Əsgərov vurğulayıb.

Digər xəbərlər