PDF Oxu

Sosial

  • 7

Azərbaycan müstəqilliyinin dönməzliyi, milli dövlətçilik ideologiyası Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan müstəqilliyinin dönməzliyi, milli dövlətçilik ideologiyası Heydər Əliyevin adı ilə bağlıdır

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə

təşəbbüsü ilə Ümummilli Liderin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Dillər Universitetində tədbir keçirildi. Qeyd edim ki, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, millət vəkilləri, YAP Nəsimi rayon təşkilatının fəalları, universitetin müəllim heyəti və tələbələri iştirak edirdilər. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Millət vəkili qeyd etdi ki, beynəlxalq aləmdə 200-dən çox olan müstəqil dövlətlər sırasında böyük bir inkişaf dövrü keçən Azərbaycanın da adı var. Bu gün Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya dövlətləri arasında böyük qürur duyur.

Tədbirdə YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış və Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov yüksək sürətlə inkişaf edən, böyük fəxarətlə adını çəkdiyimiz Azərbaycanın yüksəlməsində və inkişaf etməsində Dahi Şəxsiyyət Heydər Əliyevin gördüyü böyük işlərdən danışdı. O bildirdi ki, təsadüfi deyil ki, bu gün istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif dövlətlərində diaspora təşkilatları tərəfindən Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilir. Müasir dövrümüzdə səhiyyə və təhsilimiz böyük inkişaf dövrü keçib. Dillər Universitetinə nəzər salan Səməd Seyidov qeyd etdi ki, vaxtilə bu universitetdə 3 dil tədris olunurdusa, bu gün 15 dünya dövlətinin dili öyrənilir: "Azərbaycan inkişaf etmiş, müstəqil bir ölkədir. Dünya dövlətləri arasında gündən-günə nüfuzu artan Azərbaycan söz sahibinə çevrilib. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü və qabaqcıl siyasəti nəticəsində geniş nüfuz dairəsinə malik Azərbaycan dünya dövlətləri tərəfindən qəbul olunaraq tanınır. Bu gün aparıcı siyasi partiya olan YAP öz ətrafından 560 mindən çox üzvü ehtiva edib. Ümummilli Liderin arzuları gerçəkləşib. Azərbaycan güclü və qüdrətli yüksək potensiala malik bir dövlətə çevrilib".

Səməd Seyidov onu da bildirdi ki, müasir Azərbaycan təhsilinin zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq, milli təhsil quruculuğu sahəsində başladığı islahatları həyata keçirilir.

Azərbaycan Dillər Universitetin tələbə-gənclər təşkilatının sədri Cəmilə Orucova çıxış edərək bildirdi ki, Azərbaycan gəncliyi özünə düzgün yol seçib. Bu gün işıqlı gələcəyi olan, YAP-ın ətrafında sıx birləşiblər. Sonra o, Azərbaycanın inkişaf yoluna nəzər saldı. O bildirdi ki, gündən-günə şöhrətlənən Azərbaycanda dövlət əhəmiyyətli beynəlxalq konfranslar keçirilir. "Eurovision-2012" Mahnı Müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi ölkə mədəniyyətinin intellektual səviyyəsinin yüksəlməsindən xəbər verir. Lakin bununla belə, aramızda pessimizmə qapılaraq, məqsədləri aydın olmayan gənclər az da olsa var. Gənclərimizin düzgün mövqe tutaraq, onların arxasınca getməyəyə, Azərbaycan gəncliyini böyük amallar uğrunda çalışmağa, ölkə Prezidentinə dəstək olaraq, Onun araxasınca getməyə çağırdı.

Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin Magistrantlar Şurasının sədri Pərvin Eyvazov Ümummilli Liderin uzaqgörən dil siyasətindən, Azərbaycan dilinin inkişaf mərhələsindən söz açdı.

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev qeyd etdi ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlayıb: "Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edibdir. Azərbaycan müstəqilliyinin dönməzliyi və əbədiliyi, milli dövlətçilik ideologiyasının formalaşması, siyasi və iqtisadi sahələrdə inkişafı yalnız Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəsində, Azərbaycanda müstəqil dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır".

Rayon icra başçısı bildirdi ki, Azərbaycan öz tarixinin bütün mərhələlərində müstəqil dövlət quruculuğu uğurlara nail olmuşdur. Bu gün bu siyasi məktəbin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və rəhbərliyi ilə müstəqil Azərbaycan parlaq gələcəyə doğru inamlı irəliləyir. Bu gün Azərbaycan böyük inkişaf yolu keçərək, xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində iri sənaye müəssisələri açılıb, insanların işlə təmin olunmasına şərait yaradılıb.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş Nəsimi rayon ərazisində yerləşən 7 universitet arasında aparılan yazı-inşa müsabiqəsinin qaliblərinə diplom və pul mükafatları təqdim olundu.


ZÜMRÜD

Digər xəbərlər