PDF Oxu

Sosial

  • 7

Yevlaxda Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yevlaxda Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Yevlax şəhər icra hakimiyyəti və YAP Yevlax rayon təşkilatının tədbiri keçirilib.

Tədbir Şuşa şəhərinə həsr edilmiş filmə baxışla başladı. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq, Ümummilli Liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə apardığını bildirdi: "Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Prezident İlham Əliyev dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz". Sonra çıxış edən Şuşa şəhərindən məcburi köçkünlər Fazil Məmmədov və Roza Həsənova Şuşa xatirələrindən söz açdılar. Köçkünlük dövrü başlarına gələn müsibəti dilə gətirməklə, onlar insanların qəlbində düşmənə nifrət hissini bir daha aşılamış oldular.

Çıxış edən YAP Yevlax rayon təşkilatının gənc fəalları Rəşad Əsədov, Günel Süleymanzadə, Türkan Əliyeva, Elşad Vəliyev və başqaları vurğuladılar ki, bizim vətən qarşısında müqəddəs borcumuzdur ki, bir zamanlar Xanın səsi havalanan Şuşada Azərbaycan bayrağını asaq. Şuşadan uzaqda dünyaya göz açan körpələrimiz Şuşanı tanımalıdır, onlara Şuşanı tanıtmalıyıq. Bu işdə hər bir azərbaycanlı gənc öz bacardığını etməlidir.

Sonda çıxış edən Yevlax şəhər icra hakimiyyəti başçısının müavinləri Qənimət Qaraşov və Zərifə Məmmədova şuşalılara baş vermiş faciəyə görə təsəlli verərək, onlara güclü və inamlı olmağı arzuladılar.

Natiqlər xüsusi vurğuladılar ki, erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Şuşamızı sülh yolu ilə tərk etməlidirlər. Əks-təqdirdə, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir.

Sonda Musiqi Məktəbinin şagirdlərinin ifasında Qarabağ şikəstəsi musiqisi ilə tədbirə yekun vuruldu.


CABİR

Digər xəbərlər