PDF Oxu

Sosial

  • 14

Müstəqil dövlətimizin yaranması və inkşafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Müstəqil dövlətimizin yaranması və inkşafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

YAP Qəbələ rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətil tədbir keçirmişdir. Tədbir iştirakçıları ilk öncə dünya şöhrətli siyasi xadimin abidəsi önünə gül dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirmişlər. Daha sonra Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatının şura üzvlərinin, ilk təşkilat sədrlərinin, gənclər birliyi üzvlərinin və partiya fəallarının iştrakı ilə "Qafqaz Sport" otelin konfrans zalında tədbirin rəsmi hissəsi davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açdı. Natiq qeyd etdi ki, müstəqil dövlətimizin yaranması və inkşafı ulu öndərin adı və dövlətçilik siyasəti ilə bağlıdır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Przeidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra tədbir iştrakçıları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar YAP Qəbələ rayon təşkilatının aparat rəhbəri Elçin Tağıyevin məruzəsini dinlədilər.

Natiq öz məruzəsində qeyd etdi ki, 1969-cu ilin iyulunda Heydər Əliyevin Respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın taleyində və tarixində əsaslı dönüş başlandı. Milli qürur hissinin güclənməsi, ölkənin sosial- iqtisadi və mədəni həyatının dirçəlişi həmin ildən başlandı. Azərbaycanda müstəqillik əldə olunduqdan sonra xalqın təkidli tələbi ilə ikinci dəfə, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra ulu öndər Heydər Əliyev ölkədə yaşanan xaos, anarxiya, etnik parçalanma, vətəndaş qarşıdurması kimi halları aradan qaldırdı. İndiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı. Diqqətə çatdırıldı ki, Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etməsi, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarması idi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etditdiyi dövrlərdə milli- mənəvi dəyərlərimiz qorunub saxlanılmış, ölkəmizdə böyük uğurlar qazanılmışdır. Məruzə ətrafında şura üzvü Qüdrət Səmədov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışdı.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirildi, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni rəsmi internet saytı barədə iştirakçılara ətraflı məlumat verildi.

Yığıncaqda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan 14 nəfər partiya üzvünə üzvlük vəsiqələri təqdim edildi, partiyanın işində fəallıq göstərən bir qrup ilk təşkilat sədrlərinə YAP Qəbələ rayon təşkilatı tərəfindən qiymətli hədiyələr təqdim olundu.

Digər xəbərlər