Dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü ilə əlaqədar YAP Qusar rayon təşkilatında "Heydər Əliyev siyasi məktəbini öyrənirik" qiyabi məktəbin müdavimləri tərəfindən növbəti məşğələ keçirilərək, mühazirələrin mövzuları dinlənilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri cənab David İbrahimxəlilov çıxış edərək, Ulu Öndərimizin şərəfli ömür yolundan, respublikamıza göstərdiyi qayğısından toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin işində iştirak edən RİHB-nin aparatında aparıcı məsləhətçi işləyən Kamran Sədullayev ("Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır"), YAP Qusar rayon təşkilatının təlimatçısı Bəhruz Ramazanov ("Heydər Əliyev irsi və müasir Azərbaycan tarixi"), mədəniyyət işçisi Rəna Cəfərova ("Heydər Əliyev və Azərbaycan mədəniyyəti") və ADPK Qusar şöbəsinin tələbəsi Könül Yüzbəyova ("Ulu Öndər və Azərbaycan gəncliyi") mövzularında çıxış etdilər.
RÖVŞƏN RƏSULOV