PDF Oxu

Sosial

  • 16

Müstəqil Azərbaycanın qurucusu

Müstəqil Azərbaycanın qurucusu

Dünən Yardımlıda rayon icra hakimiyyəti və YAP Yardımlı rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş geniş tədbir keçirilib. Ulu Öndərin adını daşıyan Heydər Əliyev Parkında keçirilən mədəni-kütləvi tədbirdə Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının zona təlimatçısı Mirkamal Seyidov, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin büstünü ziyarət ediblər, abidənin önünə əklillər, gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin həyatı, fəaliyyəti, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycan naminə gördüyü işlər bizim üçün böyük örnəkdir: "Heydər Əliyevin mənəvi-siyasi irsi, mütərəqqi ideyaları bu gün hər bir azərbaycanlının inkişafa, rifaha, tərəqqiyə gedən yolunu müəyyənləşdirir. Bu mənada, Ulu Öndərin mütərəqqi dövlətçilik ideyaları, ideya-siyasi xətti müasir Azərbaycanın işıqlı sabahını müəyyənləşdirir. Heydər Əliyev Azərbaycan tarixində görkəmli, müstəqil dövlətçiliyimizin qurucusu, xalqımızın böyük xilaskarı olan şəxsiyyətdir. Ulu öndərin bizə miras qoyub getdiyi ən böyük irs, əvəzolunmaz sərvət müstəqil, çiçəklənən Azərbaycandır"

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti müqəddəsliyinə, paklığına, yüksək milli dövlətçilik düşüncəsinin daşıyıcısı olmasına, nüfuzuna, zəkasına, heyrətamiz fəaliyyətinə görə əlçatmaz bir zirvədir: "Ümummilli Liderimiz bu gün bütün dünyada böyük, polad iradəli siyasətçi, ölkəsi, xalqı naminə yorulmaz fəaliyyət göstərərək əbədiyyətə qovuşan böyük, mütərəqqi, tarixi şəxsiyyət kimi xatırlanır. İndi doğma Azərbaycanımızla yanaşı, bütün dünyada Heydər Əliyevin doğum günü xüsusi olaraq, qeyd edilir. Bu tarix təkcə ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının əziz bayramı kimi təntənə ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyevin şanlı dühası Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış mükəmməl siyasi idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir".Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxışında Ulu Öndərin müstəqil dövlətçiliyimizin yaradıcısı, memarı olduğunu önə çəkib: "Ümummilli Lider Heydər Əliyev çox çətin şəraitdə, mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı. Bu səbəbdən, Ulu Öndərin adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, böyük dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub".

Sonra rayon idmançılarının nümunəvi çıxışlarına, musiqi məktəbi şagirdlərinin hazirladığı konsert proqramına və müxtəlif əl işlərindən hazırlanmış sərgiyə baxış keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu İldönümü münasibətilə rayon üzrə keçirilən müsabiqə və yarışlarda fərqlənən gənclər RİH tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılıb. Tədbir Mədəniyyət və İstirahət Parkında Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

NAİB

Digər xəbərlər