PDF Oxu

Sosial

  • 10

Təbrizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib

Təbrizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.

SİA-nın konsulluqdan aldığı məlumata görə, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Baş konsul, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri olduğu dönəmdə də, həyatını Azərbaycana, onun inkişafına və qüdrətlənməsinə sərf etmiş ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin möhkəmləndirilməsi, qorunub saxlanılmasında da əvəzsiz rolu və misilzis xidmətləri olduğunu diqqətə çatdırıb. Baş konsul, Heydər Əliyevin müstəqil Azərbaycanın banisi və qurucusu olduğunu, onun müəyyən etdiyi müdrik siyasətin ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın hal-hazırda da böyük nailiyyətlərə imza atdığını bildirib.

Baş konsul ümummilli lider Heydər Əliyevin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrinin də hal-hazırda yüksələn istiqamətdə inkişaf etdiyini və Heydər Əliyevin anadan olmasının ildönümünün Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbrizdə də qeyd olunmasının bu əlaqələrin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Çıxışdan sonra, rəsmi qəbul iştirakşıları "Heydər Əliyev-Ömürdən səhifələr" adlı filmə baxıb, Heydər Əliyevin həyat və fəaliyyətinə dair sərgilənən kitablarla tanış olublar. Heydər Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş əyani materiallar da rəsmi qəbulun iştirakçılarına paylanıb. Rəsmi qəbulda həmçinin, Azərbaycan xalq mahnıları səsləndirilib, umummilli liderə aid videoroliklər nümayiş edilib və iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatları ilə qonaq ediliblər. Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər