PDF Oxu

Sosial

  • 13

Laçın rayonunun işğalından 20 il ötür

Laçın rayonunun işğalından 20 il ötür
YAP Yevlax Rayon Təşkilatında Laçın rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbir iştirakçıları əvvəlcə Laçın rayonuna həsr olunmuş qısa metrajlı filmə baxdılar. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev giriş sözüylə açıq elan etdi. Natiq bildirdi ki, artıq 20 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Dünyada ərazisinin 20 faizi işğal altında olan ikinci bir dövlət yoxdur. Dünya dövlətlərinin bəziləri "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" cümləsini dilə gətirsələr də, "Azərbaycan topraqları Ermənistan tərəfindən işğal olunub" faktını nədənsə demirlər. Baş verən bu cür dəhşətli hadisələrə birtərəfli yanaşırlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ən yüksək tribunalardan dünya dövlətlərinə səslənərək dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz. Sonra çıxış edən Laçın rayon sakinləri Məhəbbət Hümbətov, Bakir Quliyev və YAP Yevlax Rayon Təşkilatının gənc fəalları Rəşad Qurbanov, Zülfiyyə Mahmudova və Aynur Quliyeva Laçınla bağlı təsuratlarından, mənfur düşmənimizin bədnam əməllərindən söz açdılar.
Sonda YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova yekun nitqi ilə çıxış etdi. O, bidirdi ki, erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Laçınımızı sülh yolu ilə tərk etməlidirlər. Əks təqdirdə Azərbaycan xalqı və onun rəşadətli ordusu cənab Prezidentimizin rəhbərliyi ilə düşməni məhv edərək öz torpaqlarını azad edəcəkdir.
Rəfiqə

Digər xəbərlər