PDF Oxu

Sosial

  • 6

ABŞ-da etiraz aksiyasının iştirakçılarına cinayət işi açılıb

ABŞ-da etiraz aksiyasının iştirakçılarına cinayət işi açılıb
NATO-nu növbəti sammitinin keçirildiyi ABŞ-ın Çikaqo şəhərində Alyansın dünyada yürütdüyü siyasətə qarşı etiraz aksiyası keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 500 nümayişçi şəhər meri Rama Emanuelin rezidensiyası önünə toplaşıblar.
Qeyd edək ki, şənbə günü NATO tarixində ən yüksək səviyyədə təşkil olunmuş Çikaqo sammitinə Alyans və tərəfdaş ölkələrin birinci şəxsləri qatılıblar.
Etirazçılar səhiyyəyə büdcə ayırmalarının azaldılmasına etiraz edib, ilk öncə bir neçə ay bundan əvvəl şəhərin 650 milyon dollarlıq büdcə kəsirini aradan qaldırmaq üçün bağlanmış psixonevroloji klinikasının yenidən açılmasını tələb ediblər. Etiraz edənlərin arasında adıçəkilən klinikanın hazırda heç bir tibbi yardım ala bilməyən keçmiş xəstələrinin olması da diqqət çəkib. Həmin xəstələr bu gün çarpayı sayı az olan, tibbi sığortasız və heç bir effektli müalicəsi olmayan bələdiyyə xəstəxanalarında günlərini keçirirlər. Bəzilərinin isə hətta burada qalması onların ciblərinə uyğun deyil. "Prezident Obama şəhər meri Rama Emanuelə zəng edib öz hərəkətinə görə utandığını etiraf etsin", - bu sözləri pzixoz xəstəliyindən əziyyət çəkən 60 yaşlı Marti Lukkert deyib.
Xəbər verilir ki, şəhər merinin maliyyə siyasətindən narazı olanların keçirdikləri etiraz aksiyasına sosial ədalət axtarışında olan antiqlobalistlər, "İşğal et" hərəkatının nümayəndələri və fəallar qatılıblar. Nümayişçilərin əlində "Bomba əvəzinə ərzaq", "Çiçəklənmə bəli, müharibəyə yox", "Sülh istəyirik" şüarları olub. Mitinqi 30-dan çox polis müşahidə edib. Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, şənbə günü keçirilən nümayiş zamanı qarşıdurma olmasa da, muzeyin ərazisinə oğurluq məqsədi ilə daxil olan iki nəfər saxlanılıb. Amma hələ də tutulanların aksiya iştirakçılarına aid olub-olmadığı aydınlaşmayıb. Məlumat üçün bildirək ki, bu, sammit ərəfəsində baş tutan ən iri aksiyadır - 2500 nəfər.
Bundan başqa Çikaqoda üç nəfər gənc saxlanılıb. Onlar şəhər merinin rezidensiyasında və digər yerlərdə Barak Obamanın seçki qərargahının təşkil olunduğu binalara hücum hazırlamaqda ittiham olunurlar. Onların hər üçünə terror aktı törətmək, yandırıcı əşyalar saxlamaq, terrorçulara maddi yardım etmək ittihamı ilə cinayət işi açılıb.
Həbs edilənlər onlara qarşı irəli sürülmüş ittihamlarla razı olmasalar da onların vəkilləri təsdiq edirlər ki, yerli hakimiyyət bunu etirazçılara dərs vermək üçün süni şəkildə quraşdırıblar.

Digər xəbərlər