Dünən bir qrup gənc vətənpərvərlər və fəal gənclər AXCP sədri Əli Kərimlinin yaşadığı ünvandakı evi qarşısında icazəsiz etiraz aksiyası keçirdilər. Aksiyanın keçirilməsinin məqsədi "cəbhə" sədri Əli Kərimlinin siyasi əxlaqsızlığı, İranın panfarsist rejimi ilə qurduğu iş birliyi, erməni lobbisi qarşısında götürdüyü öhdəçiliklərilə bağlı idi.
İRANA VƏ ERMƏNİ LOBBİSİNƏ SATILMIŞ TERRORÇU
Paytaxtın müxtəlif yerlərindən toplaşmış gənclər saat 16:00 radələrində qrup şəklində birləşərək, "cəbhə" sədrinin evi önünə doğru istiqamət götürdülər. Müəyyənləşdirilmiş ünvana çatdıqdan sonra, əllərindəki plakat və şüarları başları üzərinə qaldıran gənc vətənpərvər fəallar Ə.Kərimlini ölkəyə, xalqa və dövlətçiliyə qarşı xəyanətdə suçlayaraq, onun ölkə ərazisindən rədd olmasını tələb etdilər.
"Xalq Əli Kərimli kimi satqını bağışlamayacaq", "Əli Kərimli + İran mollası =milli xəyanət", "Əli Kərimli + İran + erməni lobbisi = xəyanət", "Əli Kərimli + molla rejimi = terror", "Başının əmmaməsi hanı Əli Kərimli?", "Hər yerə işlədin, vətəndən başqa", "İran "dolları" saxtadır, aldanma, ay bala!" kimi şüarlar qaldıran gənclər səsgücləndirici meqafonlarla "Əli Kərimli və onun ətrafındakılar Azərbaycan xalqının düşmənləridir, o başda olmaqla, ətrafındakı xəyanətkarlar da ölkəmizdən rədd olsunlar!" deyə AXCP sədrinə və dağıdıcı müxalifətə qarşı kəskin etirazlarını bildirdilər.
GƏNCLƏRİ ÖZ XİSLƏTİ İLƏ ZƏHƏRLƏYƏN XƏYANƏTKAR
Etiraz aksiyanıda çıxış edən gənc fəallar "cəbhə" sədrini İranın siyasi dairələrinə pula satılmaqda da günahlandırıblar. Bu məqamda meqafonla çıxış edən digər vətənpərvər gənclər onun gənc nəslə heç də nümunə olmadığını, əksinə, gəncləri öz xisləti ilə zəhərləməyə çalışdığını qəti olaraq bəyan etdilər: "Sənin kimilər vətənindən başqa hər yerə işləyib, sən Ə.Kərimli, satqınçılıq və xəyanətkarlar toplumunun üzdəniraq nümayəndəsisən, sənə Azərbaycanda yer yoxdur!", "Sənin övladların xəyanətlə qazandığın pullarını xarici ölkələrdəki diskobarlarda öz mənəviyyatsız əyləncələrinə xərcləyirlər", "Siyasi şoularına ehtiyac yoxdur!" deyə öz kəskin etirazlarını səsləndirdilər.
Sonra əraziyə polis qüvvələri cəlb olundu və aksiya icazəsiz keçirildiyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdıldı. Bir neçə gənc fəal polis avtomobillərinə mindirilərək, izahatlarının alınması üçün polis bölmələrinə aparıldılar. Saxlanılan gənclər avtomobillərə mindirilərkən, Ə.Kərimliyə qarşı şüarlar səsləndirirdilər. Qeyd edək ki, onların izahatları alındıqdan sonra azadlığa buraxıldılar.
Etiraz aksiyası baş tutmuş hesab olundu. Vurğulayaq ki, etiraz aksiyasını xarici jurnalistlər də izləyiblər.
R.RƏSULOV