Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May-Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilmişdir. Dövlət himni səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev çıxış etmişdir.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində tam təmir olunmuş yeni xidməti mənzillərin orderləri təqdim edilmişdir.
Tədbir bayram süfrəsi arxasında davam etdirilmiş, incəsənət ustalarının konserti ilə başa çatmışdır.