PDF Oxu

Sosial

  • 48

"İslam Respublikası" adı altında teokratik parodiya

"İslam Respublikası" adı altında teokratik parodiya

İranın fars-molla rejimi müstəqil Azərbaycan Respublikasını öz ölkəsində, əsasən də, soydaşlarımızın kompakt yaşadığı yerlərdə gözdən salmaq üçün mənsub olduğu hər bir rəzilliyə gedir. Panfarsizm siyasətini yürüdən İran hakimiyyətinin, eləcə də, dini liderlərinin atdığı addımlardan biri də Təbriz şəhərində Azərbaycanla bağlı açılan və qondarma, mollaların miskin nökərlərindən özgə kimsənin ayaq basmadığı karikatura sərgisidir. Fars-molla rejiminin Azərbaycan Respublikasının əleyhinə atdığı bütün murdar addımlar, təbii ki, İranın öz əleyhinə çevrilir. Belə ki, "İslam Respublikası" adı altında teokratik parodiya formalaşdıran rejimin əsas siyasi təmsilçiləri də yeriyən və danışan karikaturalardan ibarətdir. Bunu, təbii olaraq, onların donmuş üz cizgilərindən, artistlik məharətlərindən, sulu qəlyan vasitəsilə nəşələnmiş gözlərindən, dodaq-dodağa olaraq öpüşmə səhnələrindən və digər səyliklərindən sezmək mümkündür.


Müxtəlif karikatura mövzuları İran mollalarının boylarına ölçülüb


Bu gün müxtəlif karikatura mövzuları (geylik, zinapərəstlik, narkotikaya aludəçilik, gizli yerlərdə alkaqollu içkilər qəbul etmə, uşaqbazlıq, dində saxta dərvişizm) İran mollalarının, eləcə də, siyasi dairələrinin sanki boylarına ölçülüb. Və bütün bunlardan nəticə çıxararaq, imana gəlmək əvəzinə, panfarsizm rejimi daha da abırsızlaşır, daha da eybəcərləşir. Söz yox ki, həmin eybəcərlikləri doğuran məqamlar bilavasitə rəhbərlik tərəfindən yönəldilən yanlış siyasətlə bağlılıq təşkil edir. Belə olmasa idi, hazırda İranı qondarma mollalar deyil, həqiqi din xadimləri idarə edərdi. Ancaq təəssüf ki, bu gün belə deyil. Bu gün İranın yeriyən rəsmi karikaturaları həm də həyasız davranışları ilə "sayılıb-seçilirlər". Bu həyasızlığın adı da bəllidir - ibnəlik. Artıq təsəvvürlərdə İran dedikdə ibnə, ibnə dedikdə isə İran canlanır. Əslində, bu ideya da karikatura üçün əla mövzu ola bilər. Çünki hər şey göz qabağındadır.


QİSMƏT

Digər xəbərlər