PDF Oxu

Sosial

  • 49

Azərbaycan dinamik inkişaf mərhələsində

Azərbaycan dinamik inkişaf mərhələsində

Mayın 30-da Misirin "Nil" xəbər telekanalının canlı efirində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevlə 30 dəqiqəlik müsahibə olub.

Ş.Abdullayev Azərbaycan xalqının zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət-ənənələri, ərəb-islam dünyası ilə tarixi əlaqələri, islam sivilizasiyasına və dünya mədəniyyətinə verdiyi töhfələri barədə ətraflı məlumat verib.

Səfir xalqımızın zəngin dövlətçilik ənənələri əsasında 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda təsis edildiyini diqqətə çatdıran səfir 23 ay fəaliyyət göstərən və sonradan sovet-bolşevik işğalına məruz qalan Azərbaycan Demokratik Respublikasında Qərb ölkələrindən xeyli əvvəl qadınlara siyasi hüquqların verildiyini diqqətə çatdırıb. SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi problemlərdən, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun ağır fəsadlarından da danışıb. Bildirilib ki, indiki Ermənistan dövlətinin özü qədim Azərbaycan torpaqlarında yaradılmışdır. Hazırda erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon da əzəli Azərbaycan torpaqlarıdır.

Diplomat ermənilərin Azərbaycana ərazi iddialarının tarixi, xalqımıza qarşı törətdikləri terror, soyqırımı və digər vəhşiliklər, eləcə də, bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti haqqında da ətraflı məlumat verib.

Səfir müstəqilliyi əldə etmək kimi onu möhkəmləndirməyin və qoruyub saxlamağın, yaşatmağın da çətin olduğunu qeyd edən səfir müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi siyasi problemlər və gərginliklərin fonunda xalqın yenidən hakimiyyətə qayıtmaq üçün israrla Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri həll edərək, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən səfir demişdir ki, məhz Ulu Öndərin gərgin əməyi sayəsində Azərbaycanda mərkəzi hakimiyyət güclənmiş demokratikləşmə prosesi başlanmış, ölkəmizin xarici əlaqələri genişlənmiş, yeni neft strategiyasının əsası qoyulmuş və "Əsrin müqaviləsi" imzalanmışdır.

Ş.Abdullayev onu da söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalan, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dinamik inkişaf edir. Dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin nəticəsi olaraq, Azərbaycan regionda lider dövlətə çevrilmiş, postsovet ölkələri üçün xarakterik olan keçid dövrü ölkədə artıq başa çatmışdır.

Səfir Azərbaycanda sosialyönümlü açıq bazar iqtisadiyyatının mövcudluğunu vurğulamış və ölkəmizin iqtisadi inkişafını xarakterizə edən real rəqəmləri nəzərə çatdırmışdır.

Verilişdə, həmçinin, Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidləri, iqtisadiyyatı haqqında maraqlı videosüjetlər də nümayiş etdirilib.


ZÜMRÜD

Digər xəbərlər