Dünən YAP Gənclər Birliyinin üzvləri Dənizkənarı Milli Parkda "15 İyun Milli Qurtuluş Günü" ilə bağlı fləşmob keçiriblər. Xüsusi geyimdə olan gənclər dövlət himnini oxuyub, musiqi sədaları altında rəqs ediblər. Daha sonra gənclər üzərinə "Qurtuluş" yazılmış böyük şarı səmaya buraxıblar.