Bu gün Azərbaycanda təhsillə bağlı aparılan uğurlu islahatlar nəticəsində bir çox təhsil müəssisələrində yeniliklər infrastruktur dəyişiklikləri aparlımaqdadır. Söz yox ki, uğurla inkişaf edən Azərbaycan təhsilinə göstərilən qayğı bilavasitə Prezident İlham Əliyevin bu sahəyə önəm verməsindən irəli gəlir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Sabunçu rayonu 170 nömrəli orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü Xədicə Eminova bildirdi ki, bütün təhsil ocaqları ilə yanaşı, onun da rəhbərlik etdiyi məktəbdə yeniliklər, müasirləşmə və modernləşmə aparılır: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tərəqqi və inkişaf davamlı şəkil almaqdadır. Müasir inkişaf mərhələsinə çatdırılan təhsil çiçəklənmə dövründədir. Belə ki, respublikamızda çoxlu sayda məktəblərimiz bütün tələblərə cavab verir. Bizim 170 nömrəli orta məktəbimizdə də müasirləşmə və modernləşmə aparılmışdır. Bu təhsil ilində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məktəbdə olması və göstərdiyi qayğı bizə daha da yaxşı işləməyə, yüksək nailiyyətlər əldə etməyə ruhlandırır".
X.Eminova onu da qeyd etdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsində 106 nəfər işçidən 94-ü Yeni Azərbaycan Partiyasının üzvüdür. Onların əksər çoxluğunu isə gənclər və qadınlar təşkil edir. Eyni zamanda, Prezident İlham Əliyevin həmin məktəbə gəlişindən sonra orada iki laboratoriya kabineti, kimya və fizika fənləri olmaqla müasir avadanlıqlarla təchiz edilmiş və quraşdırılmışdır. "Dövlətin təhsilə olan qayğısının nəticəsidir ki, bizim məktəbdə də təhsil alan şagirdlər son illər məktəblilərin olimpiadalarının, şəhər və respublika turlarında yüksək nəticələr əldə ediblər. Eyni zamanda, ali təhsil müəssisələrinin qəbul göstəriciləri yüksəlmə həddindədir. Fürsətdən istifadə edərək, bir daha möhtərəm Prezidentimizə təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Təhsil işçiləri olaraq, bizlər daim cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcək, onun ətrafında sıx birləşəcəyik".
R.NURƏDDİNOĞLU