PDF Oxu

Sosial

  • 53

Ermənistan bir dövlət kimi yox ola bilər

Ermənistan bir dövlət kimi yox ola bilər

Ermənistan iqtisadiyyatının çökməsinin əsas səbəblərindən biri də ölkədə oliqarxların monopolist qüvvələrə çevrilməsidir. Bu faktı Ermənistan mətbuatı da təsdiqləyir. Ermənistanlı politoloq Akop Badalyanın seçkilərlə bağlı "Erkramas" internet qəzetində dərc etdirdiyi məqalə diqqəti çəkir. Belə ki, A.Badalyan yazır ki, Ermənistan hakimiyyətinin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini demək çətindir. Əlbəttə ki, söhbət heç də büdcə vəsaitlərindən getmir. Aydın məsələdir ki, seçkilər ərəfəsində dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması, kəndlərdə yaşayanlara yanacaq almaq və vergi güzəştləri üçün hökumət konkret məbləğ ayırmaq haqqında qərar qəbul edib və gələcəkdə də belə qərarlar olacaqdır.

Politoloq seçkilərlə bağlı heç bir hesabatda qeyd olunmayan maliyyə vəsitlərinə xüsusi diqqət çəkir: "Burada söhbət heç bir hesabatda qeyd olunmayan, hakim Ermənistan Respublikası Partiyasının və digər iqtidaryönümlü partiyaların istər proporsional, istətsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün rüşvət şəklində paylayacağı pullardan gedir. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir".

Politoloqun fikrincə, seçki marafonu ilə bağlı "xərclər maddələrinə" nəzər yetirdikdə, aydın olur ki, hakimiyyət parlament seçkilərinə yüz milyonlarla dollar pul xərcləyəcəkdir. Ermənistanın məmur-oliqarxları, cinayətkar aləmin tanınmış simaları öz ciblərini boşaltmağa məcbur olacaqlar ki, qarşıya qoyulmuş məqsədə çata bilsinlər. Bax, buna görə də Ertmənistanın məmur və kriminal-oliqarxları strateji xarakterli proqramlara bir qəpik də xərcləmirlər. Əksinə, deputat mandatının alınmasına milyardlar sərf edirlər. Nəticədə erməni iqtisadiyyatı çökür, ölkə bir dövlət kimi məhv doğru gedir.


Yeni statistik rəqəmlər


"Transrarency İnrenational" beynəlxalq təşkilatının Yerevan ofisinin rəhbəri Amaliya Kostanyan bildirir ki: "Ermənistan korrupsiyalaşmış 180 dövlət arasında 125-ci sırada gedir. Faktik olaraq, Ermənistanın sosial-iqtisadi həyatı oliqarxların tam nəzarətinə keçibdir. Parlamentdəki 131 nəfər deputatdan 100-nün oliqarxların nümayəndəsi olması, 25 nəfər nazirin isə birbaşa oliqarxları təmsil etməsi bunun təsdiqidir. Bütün bunlar ölkədə hər addımda insan hüquqlarının pozulması, iqtisadi və maliyyə sektorunda korrupsiyanın çiçəklənməsinə səbəb olub".


Aytən Səmədova

Digər xəbərlər