PDF Oxu

Sosial

  • 63

Dünya ölkələrində Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü qeyd olunub

Dünya ölkələrində Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü qeyd olunub

D.O


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması tarixindən 94 il ötür. Belə ki, Silahı Qüvvələrin yaradılması haqqında qərar müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən 1918-ci il iyunun 26-da qəbul edilib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra Silahlı Qüvvələr Günü dövlət səviyyəsində geniş qeyd olunur. Bu baxımdan dünyanın bir çox ölkələrində də Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbirlər keçirilib.


ANKARA

Ankarada təşkil olunmuş mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Türkiyə Hərbi-Dəniz Qüvvələri komandanı, admiral Murat Bilgel, Jandarm Qüvvələri komandanı, ordu generalı Bekir Kalyoncu, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və təmsilçiləri, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, qardaş ölkənin hərbi məktəblərində təhsil alan azərbaycanlı müdavimlər, Türkiyə Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya regionu üzrə baş departamentinin rəhbəri Fatih Ceylan, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, ölkəmizin diaspor təşkilatları və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki hərbi attaşesi, polkovnik Ənvər İbrahimov tərəfindən bayram təbrikləri qəbul olunub. Tədbir iştirakçıları milli ordumuzun yaranması və inkişaf tarixi ilə bağlı videomateriala tamaşa ediblər. Mərasim iştirakçılarına türk dilində nəşr olunan "İrs-Miras" jurnalının son buraxılışı təqdim olunub.


VAŞİNQTON


Vaşinqtonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təntənəli mərasim təşkil edilib. Bayram tədbirində ölkəmizin ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov Silahlı Qüvvələrimizin yaradılmasının tarixindən söz açıb. E.İsmayılov bu gün Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mühüm vəzifə dövlətimizin ərazi bütövlüyünü bərpa etmək olduğunu bildirib. O, Silahlı Qüvvələrimizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, eləcə də, bir sıra inkişaf etmiş dövlətlərin orduları ilə əməkdaşlıq əlaqələrinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb. Natiq Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xüsusilə də, ölkənin hərbi təhsil müəssisələrində gənc zabitlərin təlim və tədrisində NATO standartlarının tətbiq edildiyini vurğulayıb.

Son illərdə Azərbaycan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, beynəlxalq terrorla mübarizə aparan koalisiyanın üzvü kimi ölkəmizin hərbçilərinin Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda fəal iştirakı da tədbir iştiraçılarının diqqətinə çatdırılıb.

Mərasimdə Oklahoma ştatının Milli Qvardiya baş komandanının müavini, briqada generalı Uolter Fontan, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və başqaları çıxış edərək, ABŞ ilə ölkəmiz arasında bu gün müşahidə olunan yüksək səviyyəli hərbi tərəfdaşlıqdan söz açıblar.


NƏZAKƏT

Digər xəbərlər