Məlum olduğu kimi, mənfur ermənilər zaman-zaman Azərbaycana qarşı qətliamlar, soyqırımlar törədiblər. Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər, hətta azyaşlı uşaqları da qətlə yetirməkdən çəkinməyiblər. Dünyada işğalçı ölkə kimi qana susayan, insanlara, hamilə qadınlara, qocalara işgəncə, əzab, zülm verən Ermənistan kimi, nə ikinci bir dövlət, nə də millət yoxdur. Artıq neçə ildir ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatları, cəbhə xəttində tez-tez atəşkəs rejimini pozması halları davam edir. Ermənilərin ən alçaq hərəkətlərinin başlıca səbəbi zəbt etdikləri Azərbaycan ərazilərində narkotiklər becərməsi, silah-sursat alveri ilə məşğul olmaq istəkləri ilə bağlıdır. Hələ bu azmış kimi, həmin ərazilərdəki tarixi abidələrimizi dağıdıb, adlarını dəyişdirirlər. Ermənilər bu cür iyrənc əməllər törətməyə artıq adət ediblər.
Politoloq Rüstəm Məmmədov bu və digər məsələlərlə bağlı "Səs" qəzetinə verdiyim açılamasında bildirib ki, ermənilər insanlıqdan uzaq, cinayətkar, alçaq, şeytan xislətli bir millət olduğu bu gün hər bir kəsə bəllidir: "Körpə uşaqları tonqalda diri-diri yandıran ermənidən hansı müsbət əməllər gözləmək olar. Xocalıda qətlə yetirilən 60-a yaxın körpə, 9 yaşlı Fariz Bədəlov, 13 yaşlı Aygün Şahmalıyeva erməni terrorunun hədəfinə tuş gəldi. Ermənilər körpə uşaqlardan bu qədərmi qorxurdular ki, onları amansızcasına qətlə yetirdilər?" deyə politoloq Rüstəm Məmmədov təəccüblə soruşur.
Politoloqun fikrincə, Serj Sarkisyan cinayətkara, uşaq qatilinə çevrilməkdənsə, çökməkdə və dağılmaqda olan ölkə iqtisadiyyatına nəzər salmalıdır: "Bu gün forpost rolunda çıxış edən işğalçı Ermənistanın iqtisadiyyatı viran qalıb. 1998-ci ildə Yerevanı al-qana döndərərək, hakimiyyətə gələn S.Sarkisyan öz şəxsi mənafeyini, ambisiyalarını hər şeydən üstün tutur. Ölkə əhalisi yaşamaq üçün kütləvi şəkildə Ermənistanı tərk edir və bir daha geri qayıtmır. Çünki işğalçı Ermənistanda yaşamaq artıq dözülməz həddə çatıb. Ölkə aclıq, səfalət və yoxsulluq içərisindədir. Serj Sarkisyan isə, bütün bu proseslərə biganə yanaşır. Ümumiyyətlə, təcavüzkar, terrorçu Ermənistanda baş verən bütün proseslər Sarkisyanı maraqlandırmır. Sarkisyan yalnız öz şəxsi maraqlarını güdür".
R.Məmmədov onu da vurğuladı ki, Sarkisyan "prezident" seçildiyi ilk gündən nə ölkə daxilində, nə də ölkə xaricində heç bir uğuru olmayıb: "Sarkisyanın ən böyük "qəhrəman"lığı, "uğur"u azyaşlı azərbaycanlı uşaqları snayper atəşinə hədəf seçməkdən ibarətdir. Sarkisyanın sərsəm düşüncə tərzi, qeyri-konstruktiv mövqeyi, yürütdüyü ikili standartı nəticəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış vəziyyətdə qalıb".
Politoloq işğalçı Ermənistanın bu gün başqa dövlətlərin köməyi, maliyyə yardımı hesabına dolandığını da bildirdi və qeyd etdi ki, bütün bunlara baxmayaraq, tezliklə təcavüzkar Ermənistan dünya xəritəsindən birdəfəlik silinəcək: "Artıq Ermənistana dayan deməyin tam zamanıdır. Beynəlxalq aləm, superdövlətlər Ermənistana qarşı lazımi sərt tədbirlər həyata keçirməli, işğalçı dövləti sülhə məcbur etməlidirlər. Əgər təcavüzkar Ermənistan cəzasız qalarsa və əleyhinə ciddi sanksiyalar tətbiq edilməsə, Ermənistan yeni-yeni təxribatlara əl atacaq. Kim zəmanət verə bilər ki, bundan sonra işğalçı Ermənistan bir daha təxribatlar törətməyəcək, körpə uşaqları, mülki şəxsləri hədəf seçməyəcək".
Aytən Səmədova