PDF Oxu

Sosial

  • 68

Azərbaycan həqiqətləri dünya dillərində yayılır

Azərbaycan həqiqətləri dünya dillərində yayılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna yeni kitablar daxil olmuşdur. Almaniyada Azərbaycana dair dərc olunmuş əsərlər MEK-in Qərb ədəbiyyatı şöbəsi əməkdaşlarının səyi və Almaniyanın ölkəmizdəki səfirliyi vasitəsilə əldə edilmişdir.AMEA-dan AzərTAc-a bildirmişlər ki, həmin nəşrlər sırasında Ulbossin Aimbetova və Məqsəd Musabəyovun şərqşünas alim Yohannes Rau ilə birgə çap etdirdikləri "Bani: Heydər Əliyev insan və dövlət xadimi kimi" kitabı cari ildə Frankfurt şəhərinin "Peter Lanq" nəşriyyatında işıq üzü görmüşdür.Əsər oxucuları sovet elitasının görkəmli xadimi, müsəlman əsilli siyasətçi, müasir müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyev ilə tanış edir. Burada Heydər Əliyev şəxsiyyətinin nailiyyətləri, onun ideoloji-siyasi baxışları əksini tapmışdır. Ərsəyə gəlməsində gizli arxiv materiallarından da istifadə olunmuş əsərdə əsasən 1985-1990-cı illərdə Sovet İttifaqında və 1989-1993-cü illərdə Azərbaycanda baş verən proseslər və Heydər Əliyevin bu məsələlərdə rolu açıqlanmışdır.Kitabxananın xidmətlərindən istifadə edən oxucular burada, həmçinin Rolf Kunşun "Xocalı: Azərbaycana qarşı erməni təcavüzü", Rüdiqer Kipkenin "Erməni-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi", Kerstin Plevenin "Qadın liderliyi", Ahmad Omid Yazdaninin "Alman-Azərbaycan türkcəsində sözlüyü" kitabları ilə də tanış ola bilərlər.

AzərTAc


Digər xəbərlər