Ölkədə fəaliyyət göstərən bəzi QHT-lərin məqsəd və məramlarına diqqət yetirdikdə, fərqli situasiyalar meydana çıxır. Vətəndaş cəmiyyətinə xidmət etmək, cəmiyyətin maariflənməsinə öz töhfələrini vermək əvəzinə, qanunazidd əməllərlə məşğul olan "QHT"-lərin olduğu da danılmazdır. Belə ki, ölkədə demokratik dəyərlərdən sui-istifadə etməklə bəzi "QHT"-lər siyasiləşib anti-milli qüvvələrin sifarişini yerinə yetirirlər. Buna ən "bariz" nümunə Leyla Yunusovanın rəhbərlik etdiyi "Sülh və Demokratiya İnstitutu" adlı bir təşkilatdır. Əslində, bu siyasi təşkilata rəhbərlik etsə də, anti-milli qüvvələrin "köləsi" rolunda çıxış edir. Hakimiyyətə can atan bəzi qüvvələrin yürütdüyü rəzil siyasətə dəstək verən L.Yunusova bütünlükdə fəaliyyətini anti-milli qüvvələrin çirkin məqsədləri üzərində qurub. Elə onlardan maliyyə dəstəyi almaqla dövlətin əleyhinə şüarlarla çıxış edir. Bütün "varlığı" ilə ermənipərəst qüvvələrin təsirinə düşən L.Yunusova dağıdıcı müxalifət düşərgəsində "layiqli tərəfdaş" kimi qəbul olunur. Bu, bir daha göstərir ki, L.Yunusova dağıdıcı müxalifətin rəzil "siyasi kursunu" dəstəkləməklə, ölkədə təxribatçılıq törətməyə meyilli qüvvələrin yanında olmaq və aldığı qəpik-quruşa görə milli maraqları tapdalamaqla pozucu müxalifətin "təbliğatını" aparmağı özünə "şərəf" hesab edir. Söz yox ki, açıq şəkildə istənilən vaxt ölkənin nüfuzunu aşağı salmağa və bunun üçün bütün yollardan keçməyə hər an hazırdır. Ölkədə cinayət törətməklə, qanunları kobud şəkildə pozan şəxslərin müdafiəsinə qalxmaqla, onları "siyasi məhbus" adlandırmaq həmin bu "qadının" xislətindən və tutduğu mövqeyindən irəli gəlir. Xüsusilə, qeyd etmək lazımdır ki, rəzil siyasi proseslərdə fəallıq göstərməklə, ermənipərəst mövqedən çıxış edən "Sülh və Demokratiya İnstitutu" adlı oyuncaq bir təşkilatın fəaliyyəti ölkədə QHT institunun fəaliyyətinə kölgə salmaq məqsədidir. Lakin buna şəraitin yaradılmaması onları daim məyus edir. Özünü guya demokratiyanın carçısı kimi qələmə verən həmin oyuncaq təşkilatın rəhbəri L.Yunusova adını da "hüquq müdafiəçisi" qoyub. Hansı ki, hüquqdan anlayışı olmayan, Azərbaycan dilini belə bilməyən yaramaz bir "obraz" yaradıb. Simasından ermənipərəst bir mənzərə yağan, Müsavat-AXCP (i) xəttinə uyğun bir yol seçən L.Yunusova anti-milli şəbəkə vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən bəzi qüvvələrin istəklərinə səs verib və onların qoltuğuna sığınmaqla dilənçilik edir. Açıq-aşkar Azərbaycanda xaos, anarxiya yaratmağa çalışan qüvvələrin yanında yer alan və onların xüsusi "səriştəsi"lə öyrədilib dağıdıcılıq və pozuculuğa cəlb edilən gənclərin həbslərə göndərilməsi və sonradan həmin gənclərə "siyasi məhbus" adı verilməsilə qopardığı "şüvənlik" bu fiqurun kimlərə işlədiyini demək üçün fakt ortaya qoyur. Dağıdıcı müxalifətin "mətbəxindən" çiy çıxan, uydurulma "siyasi məhbus" anlayışı dağıdıcı müxalifət düşərgəsində hardasa bir "mərhəmət" simovuluna çevrilib. Bu rəzil "qüvvələr" "Siyasi məhbus" anlayışını özlərinə şüar etməklə, bir növ öyünürlər. Halbuki, o gənclərin korlanmış gələcəyi onları düşündürmür.
Babək Hacıyev