PDF Oxu

Sosial

  • 51

Bəyanat ritorikadan və boşboğazlıqdan başqa bir şey deyil

Bəyanat ritorikadan və boşboğazlıqdan başqa bir şey deyil

Məlum olduğu kimi, iyunun 18-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları "Böyük 20-lər"in Meksikada keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar. Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elçin Mirzəbəyliyə müraciət etdik.

E.Mirzəbəylinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı bu kimi çağırışlar daha öncə də səsləndirilib. Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib. Artıq sözügedən məsələ haqqında söz Ermənistanındır. Əgər işğalçı ölkə olan Ermənistan qeyri-konustruktiv mövqeyində dayanaraq işğalı davam etdirirsə, onda bu bəyanatı verən tərəflər Ermənistana qarşı təzyiqlər göstərərək, konkret olaraq, sanksiyalar tətbiq etməlidilər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin. Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı bəyanat verən həmin dövlət başçıları verdikləri bəyanata əməl etmirlərsə, onda onlar tərəfindən səslənən bu fikirlər ritorikadan və boşboğazlıqdan başqa bir şey deyil.

Politoloq onu da qeyd etdi ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin Ermənistanın adını işğalçı ölkə kimi səsləndirməmələri ikili standartların göstəricisidir. Azərbaycanda hər kəs bilir ki, həm Qərb, həm də Rusiya yalnız öz maraqlarına xidmət edən addımlar atırlar. Yəni sözügedən ölkələrə gərək olanda beynəlxalq hüququ da, ədaləti də və obyektivliyi də ayaq altına atırlar. Bu gün güc kimin əlindədirsə, o da diqtə edir. Ədalət gücün üzərində hakim deyil, güc ədalətin üzərində hakimdir. Bir sözlə, Azərbaycan tərəf indikindən daha da güclü olmalıdır ki, öz iradəmizi və iddiamızı yeridə bilək. Onsuz da Ermənistan gec-tez işğal etdiyi torpaqları azad etməyə məcburdur. Çünki həmin torpaqlar Azərbaycana aiddir.


GÜLYANƏ

Digər xəbərlər