PDF Oxu

Sosial

  • 38

"Azərbaycan: Şərqin mütərəqqi iqtisadiyyat və dərin demokratiya örnəyi"

"Azərbaycan: Şərqin mütərəqqi iqtisadiyyat və dərin demokratiya örnəyi"

Azərbaycanın artan iqtisadiyyatı, turizm potensialı, sosial-mədəni həyatındakı irəliləyişlər dünya mətbuatında mütamadi olaraq hallanır, müxtəlif mövqelərdən olan yanaşmalar, ölkəmizin böyük nüfuza malik olduğunu bir daha ortaya çıxarır. Londonda ərəb dilində nəşr olunan, Suriya və Livan da daxil olmaqla, bir çox ərəb ölkəsində yayımlanan "Əl-Hasad" (Yekun) aylıq iqtisadi-siyasi jurnalının iyul nömrəsində "Azərbaycan: Şərqin mütərəqqi iqtisadiyyat və dərin demokratiya örnəyi" sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, cari ilin may ayında Azərbaycan xalqı öz dövlət müstəqilliyinin 94-cü ildönümünü qeyd edib. Dünyada qədimliyi ilə seçilən Azərbaycan xalqı XX əsrin əvvəllərində azadlıq uğrunda mübarizəyə qalxıb məzlum Şərq xalqlarının önündə gedib. Məqalənin müəllifi göstərir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk demokratik dövlətin əsası qoyulub. AXC iki il ömür sürməsinə baxmayaraq, çox böyük uğurlara imza atıb. AXC tərəfindən qadınlara ilk dəfə seçki hüququnun verilməsi nəticəsində Azərbaycan dünyada demokratiyanın carçısı olduğunu iddia edən dövlətləri qabaqlayıb.

Azərbaycanın son 7 il ərzində əldə etdiyi uğurların hər kəsi heyrətləndirdiyini xüsusi qeyd edən müəllif yazır ki, bu illər ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3 dəfə artıb, işsizlik 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb. Azərbaycanın dövlət büdcəsi 25 milyard ABŞ-ı dollarına çatıb, cari ilin birinci rübündə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 43 milyard dolları keçib.

Məqalədə Azərbaycan hökumətinin öz fəaliyyətində xalqın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ali dövlətçilik ənənələrini rəhbər tutduğu diqqətə çatdırıb. Azərbaycan demokratik prinsip və normalara sadiq ölkə kimi qələmə verilib. Müəllif xüsusi olaraq göstərir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişafa malik dövləti olmaqla yanaşı, həm də xarici siyasətdə fəal iştirakçıya çevrilib.

ZÜMRÜD

Digər xəbərlər