PDF Oxu

Sosial

  • 56

Ümidlər tam tükənməyib

Ümidlər tam tükənməyib

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı regionda səfərdədirlər. Həmsədrlərin bu səfərdən gözəntiləri nələrdən ibarət olacaq? Yəni, onların budəfəki səfərində Dağlıq Qarabağ probleminin həlli istiqamətində nə isə gözləməyə dəyərmi? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.

E.Mirbəşiroğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin budəfəki səfərindən öncəki vəziyyət əvvəlkilərdən nisbətən fərqli idi. "Böyük 20-lər"in Meksikada keçirilən sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ciddi şəkildə müzakirə olundu. Burada diqqəti çəkən məqamlardan biri də ondan ibarət oldu ki, ATƏT-in Minsk Qrupu həmsədri olan dövlət başçıları münaqişənin tənzimlənməsi prosesindəki durğunluqdan narahatlıqlarını bildirdilər. Yəni, sözügedən münaqişənin tənzimləmə prosesindən narazı olduqlarını qeyd etdilər. Belə bəyanatdan sonra, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etməsindən nələrsə gözləmək mümkündür. Təbii ki, həmsədrlərin regiona hansı qəti təkliflərlə gəlməsindən çox şey asılıdır. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı həmsədrlərdən nə isə gözləməyə dəyər. Çünki bir növ ATƏT-in Minsk Qrupu həmsədrlər ölkələrin dövlət başçıları bu prosesdən narazıdırlarsa, deməli, onlar özlərinin fəaliyyətindən narazıdılar. Bu prosesi normalaşdırmaq və dinomiklik vermək üçün onlar özləri nə isə qəti bir addım atmalıdırlar. Güman etmək olar ki, sözügedən dövlət başçıları öz həmsədrlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən məlumatlar verməmiş deyildilər. Artıq uzun illərdir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində saysız-hesabsız səfər ediblər. Amma onların bu səfərləri münaqişənin həll olunmasında heç bir rol oynamayıb. Bütün bunlara baxmayaraq, həmsədrlərin budəfəki səfərində sözügedən problemin həll olunması ilə bağlı ümidlərimiz tükənməyib.


GÜLYANƏ

Digər xəbərlər