PDF Oxu

Sosial

  • 53

“Yay məktəbi”nin 4-cü günü də yaddaqalan oldu

“Yay məktəbi”nin 4-cü günü də yaddaqalan oldu

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənc siyasətçilər üçün təşkil etdiyi "Liderliyə gedən yol" adlı "Yay məktəbi"nin II turunun 4-cü günü Oğuz rayonunda bir sıra tədbirlərlə davam edib. SİA-nın Oğuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, dünənki tədbirdə YAP Gənclər Birliyinin Naxçıvandan olan üzvləri bölgələri haqqında slayd-şou hazırlayıblar.

Onlar layihə iştirakçılarına Naxçıvanın tarixi abidələri ilə tanış edib və hər biri haqda geniş məlumat veriblər. Naxçıvandan "Yay məktəbi"nə gələn gənclər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Onlar həm də Naxçıvanın yetişdirdiyi tarixi şəxsiyyətlər və yazıçılar barədə söz açıblar. Daha sonra gənc siyasətçilər üçün Oğuz rayonunda yerləşən istirahət mərkəzlərinin birində piknik təşkil olunub. Onlar təbiət qoynunda istirahət ediblər. Hazırda layihə iştirakçılarının Qəbələyə səfəri gözlənilir. Axşam saatlarında isə fəal gənclərin mükafatlandırılması olacaq. Qeyd edək ki, "Yay məktəbi"nin Oğuzdakı qrupuna "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev rəhbərlik edir.

Digər xəbərlər