PDF Oxu

Sosial

  • 35

Orucu rahat keçirməyin yolları

Orucu rahat keçirməyin yolları

Bir neçə gündən sonra müsəlmanların müqəddəs ayı olan Ramazan ayı başlayır. Sözsüz ki, isti yay günlərində oruc tutmaq o qədər də asan olmayacaq. Ancaq bu müddəti daha rahat keçirmək mümkündür. Bunun üçün mütəxəssislərin bədənin müqavimətini gücləndirmək məqsədilə hazırladığı düsturun oruc tutmaq istəyən insanlara böyük köməyi dəyə bilər: "Gündə üç kasa qatıq, ən azı 8 stəkan su içmək üç fərqli rəngdə meyvə yemək" məsləhət görülür.


Bunlara diqqət edin


İnsan bədəni aclığa 40 gün, susuzluğa isə ancaq 7 gün tab gətirir. Həkimlər bundan dolayı açıq havada və fiziki əmək tələb edən işlərdə çalışanların daha diqqətli olmasını məsləhət görürlər. Mütəxəssislərin bədənin müqavimətinin daha yüksək olmasını təmin edəcək tövsiyələrindən biri Ramazan boyunca süfrələrdən qatığın əksik edilməməsidir. Gündə 3 kasa qatıq yeməyə diqqət göstərin. 1 kasa iftarda, 1 kasa iftar və imsak arasında, 1 kasa da imsakda. Qatıq zülal, karbonhidrat və yağ baxımından çox keyfiyyətli bir qidadır. Tərkibindəki vitamin və mineralların bədənin müqavimətini artırıcı xüsusiyyətləri vardır.

Ramazanda bağırsaqlarda qəbizlik və müəyyən problemlər yarana bilər. Lif nisbəti zəngin balqabağın həmişə süfrənizdə olması məsləhətdir. Şorbalarınızın içinə də əlavə edə, rəndələyib üzərini sarımsaqlı qatıqla bəzəyərək, salat kimi yeyə və ya yaşıl salatlarınızın içinə bol limonlu bir şəkildə qoya bilərsiniz.


Hər gün bir mineral su


İftarla imsak arasında ən az 8 stəkan su içməyə çalışın. Tərkibi bolsulu olan kahı, xiyar, pomidor kimi tərəvəzlərlə salat hazırlayın. Təzyiq və böyrək probleminiz yoxdursa, hər gün bir şüşə mineral su içməyə çalışın. Mineral su gündəlik tərlə olan elektrolit itkisini də tarazlayır, həzmi asanlaşdırar. Yeməklərdən sonra bir şüşə mineral suya yarım limon sıxın və doğranmış nanə yarpaqları ilə bəzəyərək için.

Gün ərzində ən az üç fərqli rəngdə mövsümi meyvələrdən yeməyə çalışın. Meyvələrə rəngini verən antosiyanın adı verilən maddə bədən müqavimətini yüksəltməkdə əvəzsizdir. Məsələn, 2 ədəd sarı ərik, 7-8 qırmızı albalı, ərik kimi.

Xolesterol probleminiz yoxdursa, imsakda 1 ədəd qaynadılmış yumurta yeyin.


İftardan qalanı imsakda yeməyin


İmsakda iftardan qalan xörəkləri yeməyin. Çünki iftar üçün hazırlanan yağlı, duzlu yeməklər gündəlik su ehtiyacını artırar. İmsakda çay-qəhvə içməyin. Kilo probleminiz varsa, hər gün evə ağ çörək almayın. Ağ undan hazırlandığı üçün qan şəkərini sürətlə yüksəldə və ya düşürə bilər. Həftədə üç gündən bir dondurma və şirniyyatlardan yeyə bilərsiniz. İftarda çörək, şorba, plov, dolma və şirniyyatı birlikdə yeməyin. Birini seçin. Yanına ət, toyuq və ya balıq, 2-3 yemək qaşığı tərəvəz yeməyi, salat və qatıq qoyun.


Kimlərə oruc tutmaq məsləhət görülmür


Həkimlər orucun metabolik tarazlığı dəyişdirmədiyini, ancaq şəkər xəstələrinin uzun müddət ac qalmasının həyati risk doğura biləcəyini söyləyir. Mütəxəssislərin sözlərinə görə, oruc arıqlamaq üsulu deyil. Hərəkət azlığı maddələr mübadiləsinin sürətini yavaşıdır. Üstəlik də, oruc tutmaq, deyilənlərin əksinə olaraq arıqlamağı çətinləşdirir.


Bakteriyalar artır, dişlər fırçalanmalıdır


Oruc tutarkən, ağızdakı bakteriyaların artması səbəbindən diş sağlamlığı da böyük önəm qazanır. Dişlər fırçalanmadıqda artan bakteriyalar diş çürüklərinin yaranmasına səbəb olur. Həkimlər iftar və imsakdan sonra dişlərin fırçalanmasına diqqət çəkirlər: "Diliniz və diş ətləriniz də fırçalanmalıdır. Bundan başqa, anti-bakterial qarqara və ya duzlu su ilə qarqara etmək faydalıdır".


Cabir

Digər xəbərlər