PDF Oxu

Sosial

  • 48

Ermənistanın növbəti "seçki" təxribatı

Ermənistanın növbəti "seçki" təxribatı

Dünən qondarma Dağlıq Qarabağ Respublikasında prezident "seçkiləri" keçirilib. Baxmayaraq ki, qondarma rejim olan Dağlıq Qarabağ Respublikasını onsuz da dünya birliyi tanımır və qəbul etmir. Sözsüz ki, onun keçirdiyi prezident seçkiləri də əhəmiyyətsiz bir tədbirdən başqa bir şey deyil. Sizcə, bunu status-kvonun uzadılması üçün həyata keçirilən növbəti bir təxribat hesab etmək olarmı? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.


Aydın Mirzəzadə,

millət vəkili:


- Qondarma rejim olan Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsi işğalçı ölkə olan Ermənistan tərəfindən böyük bir siyasi təxribatdır. Yəni bu, Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozmağın növbəti bir nümunəsidir. Onlar bu oyuncaq seçkiyə hüquqi don geyindirmək üçün və xaricdən bir neçə müşahidəçi də çağırıblar. Həmin müşahidəçini də Ermənistan parlamentinin vitsi-spikeri qəbul edib. Bunun özü göstərir ki, işğal edilmiş ərazi Ermənistan tərəfindən çoxdan özünə birləşdirilib və onu istənilən formada Azərbaycandan qoparmağa çalışır. Əslində, sözügedən seçkinin keçirilməyi Ermənistanın diplomatiyasına və siyasi imicinə ağır bir zərbə vurub. Avropa Birliyinin xarici siyasət məsələləri komissarı xanım Ketrin Eşton keçirilən seçkilərin heç bir konustitusiyaya və hüquqi əsasının olmadığını bildirir. Eyni zamanda, NATO da bu seçkiləri pislədi. Göründüyü kimi, Ermənistan növbəti dəfə dünya ictimaiyyətini özünün əleyhinə qaldırdı. Bu seçkilər yox, əslində, təyinatdır. Ermənistanın oradakı işğalçı rejiminə bir komandan təyinatıdır. Orada seçki qutularının yerləşdirilməsi isə teatr tamaşasından başqa bir şey deyil.


Cümşüd Nuriyev,

politoloq:


- Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışları zamanı elan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo dəyişdirilməlidir. Yəni, ətraf rayonların işğaldan azad olunması ilə bərabər Dağlıq Qarabağın özünün Azərbaycanın tərkibində olmasını qəbul etməlidir. Bu da bir növ gələn il Ermənistanda keçiriləcək prezident seçkilərinə Serj Sarkisyanın növbəti fırıldağından başqa bir şey deyil. Dağlıq Qarabağda sözügedən seçkilərin keçirilməsi və Rusiyanın Dövlət Dumasının nümayəndələrinin Xankəndinə gəlməsini, bir növ Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqi kimi qiymətləndirmək olar. ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin nümayəndələrinin burada iştirakına bir növ onların razılıq verməsi də, məhz bu məqsədi güdür. Əslində isə, Rusiya bölgədə cib dövləti olan Ermənistanın siyasətini dəstəkləməklə, Azərbaycana siyasi göz dağı vermək istəyir. Amma bunlar ölkəmiz üçün keçmiş mərhələlərdir. Artıq Azərbaycan dövləti 10 il bundan əvvəlki Azərbaycan deyil. Yəni Azərbaycan daha da güclü və region dövlətləri arasında öz sözünü demiş bir dövlətdir. Bildiyiniz kimi, Avropa Birliyi də Ermənistan tərəfindən sözügedən seçkinin keçirilməsi qanunsuz olduğunu bəyan etdi.


GÜLYANƏ

Digər xəbərlər