PDF Oxu

Sosial

  • 46

Könüllərin sultanı Ramazan gəlir

Könüllərin sultanı Ramazan gəlir

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu və Peyğəmbərlərin ən şərəflisi Məhəmmədə (s.a.s), eləcə də, onun ailəsinə və onun səhabələrinə. Əziz və hörmətli müsəlman bacı və qardaşlarım! Sizlərə qısaca olaraq, Ramazan ayını faydalı keçirmək və onu lazımi formada istismar etmək üçün nəsihətlər yazmaq istəyirik. Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh əməllərin açarıdır, kainatın Rəbbi olan Allahın müvəffəqiyyətinə əsas amildir. Allah-Taala Qurani-Kərimdə bizə əmr etmişdi ki, onlar yalnız ixlasla (sidq ürəkdən) Allaha ibadət etməyə əmr olunublar.

Peyğəmbərimiz (s.a.s) səhabələrini bu ayın gəlməsi münasibəti ilə müjdələyərdi və deyərdi ki, sizə Ramazan ayı gəldi, mübarək ay. Allah sizə oruc tutmağı əmr etdi. Bu hədis də, Ramazan ayının çox əhəmiyyətli ay olduğuna dəlalətdir. Bu aydan faydalı və səmərəli istifadə etmək lazımdır. Allah-Taalanın oruc tutanlara hazırladığı böyük savabı hiss etmək, ona yəqin inanmaq. Allah üçün 1 gün oruc tutanı, Allah 70 il cəhənnəmdən uzaq tutar, bəs onda 1 ay tutanı fikirləşin. Oruc, qiyamət günü sahibinə cənnətə girənə qədər şəfaət edər.

Cənnətdə bir qapı var ki, adı Reyyandır, ordan isə yalnız oruc tutanlar daxil olarlar. Ramazan ayının orucu, ondan əvvəl olan bütün günahları yuyub aparar. Ramazan ayında cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar. Ramazanda oruc tutanın duası qəbul olunar. Xatırlayaq ki, Peyğəmbərimiz (s.a.s), xüsusilə, bu ayda ibadətlərini çoxaldardı. Biz də çalışıb bu ayda ibadətlərimizi və saleh əməllərimizi çoxaldaq. Bu ayda mömin bəndələrə bərəkət verilir. Bu bərəkətin bəzi zahiri dəlilləri var, məsələn, bu ayda görürsən ki, adamın imanı artır, saleh əməllərə daha çox can atır, günah etməyə ürəyi gəlmir, tez xatırlayır hər şeyi. Bu ayda hətta bədəninə də bərəkət gəlir, sanki özünü qüvvətli kimi hiss edirsən. Oruc tutanın ağzının qoxusu, Allah-Taalanın səma qatındakı müşk qoxusundan da gözəldir. Məlakələr oruc tutanlara, iftarlarını açanadək istiğfar edirlər, Allahdan onlara bağışlanma istəyirlər. Bu ayda Qədr gecəsi deyilən bir gecə var ki, bu ayın fəziləti və savabı min ayın savabına bərabərdir. Peyğəmbərimizin (s.a.s) dediyinə görə, Allah-Taala buyurub: "Adəm oğlunun bütün əməlləri onun özünədir, yalnız oruc mənimdir, onun savabını özüm verəcəm". Deməli, oruc tutanın savabını heç kim bilə bilməz, bunu Allah-Taala, xüsusi olaraq, mükafatlandıracaq.


(Ardı var)


Hazırladı: SƏDAQƏT

Digər xəbərlər