PDF Oxu

Sosial

  • 58

Azərbaycanda jurnalistlərin sosial müdafiəsi tədbirləri gücləndirilib

Azərbaycanda jurnalistlərin sosial müdafiəsi tədbirləri gücləndirilib

Son illər Azərbaycanda 22 iyul - Milli Mətbuat Günü cox geniş şəkildə qeyd olunur. Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər gücləndirilib. Trend-in məlumatına görə, bunu cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, son illər Azərbaycanda 22 iyul - Milli Mətbuat Günü cox geniş şəkildə qeyd olunur. Əliyev qeyd edib ki, 2012-ci ildə milli mətbuatın inkişafı ilə bağlı görülən əsas tədbirlərdən biri ölkə Prezidenti İlham Əliyevin iyunun 4-də verdiyi sərəncamla milli mətbuatımızn banisi Həsən bəy Zərdabinin yubiley tədbirlərinin Bakıda və regionlarda keçirilməsi ilə bağlıdır. PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti bundan sonra da peşəkar, müstəqil, plüarist jurnalistikanın inkişafına dəstəyini davam etdirəcək. "Artıq Azərbaycanda jurnalistlərin mükafatlandırılması xoş ənənəyə cevrilib. Azərbaycan jurnalistikasında peşəkar jurnalist yazılarının sayı artıb. Arzu edərdim ki, bizdə peşəkar jurnalistlərin sayı daha da artsın", - Əliyev qeyd edib.

Digər xəbərlər