PDF Oxu

Sosial

  • 54

Ağdamlı gənclər beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar

Ağdamlı gənclər beynəlxalq təşkilatlara müraciət ünvanlamışlar

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə müraciət ünvanlamışlar.

1500-dən artıq elektron ünvana göndərilən müraciətdə Ağdam rayonunun tarixi, coğrafiyası, memarlıq və mədəniyyət abidələri, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə ingilis və rus dillərində məlumatlar əks olunmuşdur.

Müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77,4 faizi - Ağdam şəhəri və 87 kənd işğal edilərək talan etmiş, dağıdılmışdır. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insan şəhid olmuş, sağlamlığını itirmiş, 130 min nəfərdən artıq ağdamlı öz doğma torpağından didərgin düşərək, məcburi köçkünə çevrilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyri-şərtsiz boşaldılması haqqında qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsinin, Azərbaycan ərazilərinin işğal altında qalmasının təəssüf hissi ilə qeyd olunduğu müraciətdə deyilir : "Biz - ağdamlı gənclər doğma şəhərimizə qayıtmaq, orada yaşamaq istəyirik. Əminik ki, dünya birliyi bizim haqq səsimizi eşidəcək, Ağdamın işğaldan azad olunması istiqamətində tədbirlər görəcəkdir".


Digər xəbərlər