Respublika gənclərinin intelektual səviyyəsini yüksəltmək, onları fəal ictimai işə cəlb etmək, əlaqələrini möhkəməlndirmək, Yeni Azərbaycan Partiyasının əsas vəzifələrindən sayılır. Bu məqsədlə təşkilat hər ilin yay aylarında ənənəvi olaraq gənclərin regionlara, səfalı yerlərə səfərlərini təşkil edir.
Respublikamızın bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının çoxsaylı gənc üzvü bu günlərdə Lerik rayonuna növbəti səfər etmişdir. Bu YAP gənclərinin rayona dördüncü qrupunun səfəridir.
"Yay məktəbi" layihəsi əsasında həyata keçirilən tədbirlər partiyanın gənc üzvlərinin istirahətini nümunəvi təmin etməkllə bərabər həm də onların iqtisadi- siyasi biliklərinin artırılmasına, qabiliyyətlərinin üzə çıxarılmasına, dünya görüşlərinin formalaşmasına xidmət edir. Lerik rayonun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər səfərlərinin ilk günündə rayon mərkəzinə gələrək, Ulu Öndərimiz Heydər Əliyevin xatirəsini yad etmiş, ona sonsuz etiramlarını bildirib, abidəsi önünə tər çiçəklər qoymuşlar.
Sonra gənclər rayonun sosial iqtisadi həyatı, son illər burada həyata keçirilən işlərlə tanış olmuş, yerli gənclərlə görüşüb fikir mübadiləsi aparmışlar. Ümummilli Liderimiz Heydr Əliyevin adını daşıyan mərkəzlə tanışlıq, uzunömürlülər və tarix diyarşünaslıq muzeylərindəki fotostentlər, tarixi əşyalar, məişət nümunələri gənclərdə xoş təəssurat oyatmışdır. Gənclər rayonun görməli yerlərinə getmiş, təbiət qoynunda olmuş, xatirə şəkilləri çəkdirmişlər. YAP-çı gənclərin rayonda görüşləri davam edir.
Rəfiqə Kamalqızı