PDF Oxu

Sosial

  • 41

Dağıdıcı müxalifətin məğlubiyyəti indidən görünməkdədir

Dağıdıcı müxalifətin məğlubiyyəti indidən görünməkdədir

Son zamanlar Müsavat başqanı İsa Qəmbərovun partiya başqanlığında qalması istiqamətində istənilən rəzilliklərə getmək cəhdləri onun qaranlıq əməllərinin daha bir ifşası ilə nəticələnib. Belə ki, Müsavat daxilindən sızan inanılmış məlumatlara görə, qurultayın keçirilməməsini bəhanə edərək, başqanlıq postunu əlində saxlayan İ.Qəmbərov erməni müxalifətçilərlə separatçı danışıqlara gedib. Xatırladaq ki, hələ ötən illərdə Müsavat başqanı Erməni Ümummilli Hərəkatının liderlərindən biri olan Aram Manukunyanla Almaniyanın Potsdam şəhərində \"saziş\" imzalamışdı. Məhz bundan sonra Azərbaycan ictimaiyyəti Müsavat başqanının bu kimi satqınçılıq addımından hiddətlənmiş, İ.Qəmbərovun xəyanətkar olduğunu bildirmişdi.

Amma onun yenidən hər şeyi qulaqardına vuraraq, bu dəfə Gürcüstanda erməni müxalifətçilərinin liderləri ilə gizli görüş keçirməsi Müsavat başqanının siyasi dividendləri uğrunda şeytanla belə əlaqəyə girməyə hazır olmasını təsdiq edir. Xatırladaq ki, Müsavat daxilindəki inanılmış mənbə İ.Qəmbərovun A.Manukunyan qarşısında öhdəliklər götürməsini iddia etmişdi. Bu iddia üzə çıxdıqdan sonra, Müsavat başqanı həmin iddiaları təkzib etməyib. Bu isə, onun həqiqətən də, Azərbaycan xalqına qarşı olan sonsuz xəyanət hissinin göstəricisi kimi başa düşülür.


\"Aram Manukunyan blavasitə xaricdəki erməni lobbisinin İsa Qəmbərlə münasibətində aradüzəldən rolunu oynayır\"


Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, partiyanın siyasi şurasının üzvü Aydın Hüseynov bildirdi ki, əslində, İ.Qəmbərovun və bütövlükdə, dağıdıcı müxalifət liderlərinin bu kimi addımlarından heç də təəccüblənmək lazım deyil: \" Çünki onların müxtəlif dövrlərdə, xüsusilə, seçkilər ərəfəsində müxtəlif xarici donor təşkilatları ilə sövdələşmələri olub. Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən bu kimi təşkilatlar ölkədə yaranmış sabitliyə zərbə vurmağa cəhd göstəriblər. Bunu etməkdən ötrü onlara əl verən ən yaxın siyasi \"qüvvələr\", təbii ki, dağıdıcı müxalifət partiyaları olmuşdur.

Və bu xüsusda İ.Qəmbərin A.Manukunyanla 110 min avroluq sövdələşməyə getməsi bəzi məsələləri təhlil etməyə sövq edir. Belə ki, əgər nəzərə alsaq ki, Ermənistanın iqtisadi durumu hədsiz dərəcədə aşağı səviyyədədir, bu ölkədə insan resursu, demək olar ki, tükənib, müxalifət isə xaricdə fəaliyyət göstərən erməni lobbisinin əlinə baxır, bu zaman qənaətə gəlmək mümkündür ki, A.Manukunyan blavasitə xaricdəki erməni lobbisinin İ.Qəmbərlə münasibətində aradüzəldən rolunu oynayır. Təbii ki, erməni lobbisi, yaxud da iqtidarı və müxalifəti Azərbaycanın güclənməsini, burada sabitliyin, sülhün bərqərar olmasını, iqtisadiyyatımızın davamlı inkişafını istəmirlər. Amma onların Azərbaycana müdaxilə etmək gücləri, sözsüz ki, yoxdur. Bu baxımdan, İ.Qəmbər onlar üçün ən əlverişli vasitədir. Gürcüstanda Müsavat başqanının Erməni Ümummilli Hərəkatının lideri ilə görüşməsi də, məhz bu kimi hadisənin davamıdır\".

A.Hüseynov, son olaraq onu da vurğuladı ki, bu gün onsuz da pərakəndə vəziyyətdə qalan dağıdıcı müxalifət ünsürləri Azərbaycan xalqı tərəfindən ən sərt, ən kəskin şəkildə qınanılır, rədd edilir: \"Maraqlıdır ki, sözügedən mövcud vəziyətlərindən utanaraq, geri çəkilmək əvəzinə, onlar yenə də nəyəsə ümid edirlər. Ancaq boş-boş ümidlərə qapılmaq onların yerdə qalan xəyallarını da məhvə doğru sürükləyir. Yaxşı olardı ki, dağıdıcı müxalifətin bir-birinə qənim kəsilmiş \"liderləri\" - \"cəbhə\" sədri Ə.Kərimli, Müsavat başqanı İ.Qəmbər, \"ACP\" lideri Rəsul Quliyev, eləcə də, digərləri üzüsulu vəziyyətdə siyasi oyunbazlıqlarından, xəyanətlərindən əl çəksinlər\".


R.RƏSULOV

Digər xəbərlər