PDF Oxu

Sosial

  • 47

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Meksikanın paytaxtı Mexikodakı Tlakskoake-Xocalı meydanının ərazisində fəaliyyət göstərən XVI əsrə aid tarixi Tlakskoake katolik kilsəsində avqustun 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.Qeyd edək ki, Tlakskoake - Xocalı meydanının və burada Xocalı soyqırımına həsr edilmiş abidənin açılışından sonra avqustun 26-da kilsədə ilk dəfə bazar günü ibadəti keçirilib. Katolik kilsəsinin təşəbbüsü ilə ilk dini ayin rəsmi olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.

Dini ayin zamanı kilsənin rəhbəri Eduardo Lozano əvvəlcə Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşıldığını vurğulayan E.Lozano 20 il əvvəl Azərbaycana qarşı hərbi təcavüzün baş verdiyini, bunun nəticəsində günahsız mülki insanların kütləvi şəkildə qırılması ilə soyqırımının törədildiyini deyib. Dinindən və etiqadından asılı olmayaraq, bütün dünyada yaşayan insanların qardaş olduğunu qeyd edən kilsənin rəhbəri Xocalıda törədilmiş soyqırımının və bu kimi bütün cinayətlərin yolverilməz olduğunu vurğulayıb. E.Lazano bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə, əslində, ədalət və sülhün rəmzidir. Bu faciə qurbanlarının xatirəsi hər zaman Mexiko şəhərinin sakinləri tərəfindən ehtiramla anılacaq. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə və dünyada sülh naminə dualar oxunub.

Xatırladaq ki, avqustun 22-də Mexikonun Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake-Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

ZÜMRÜD

Digər xəbərlər