Elşad Mirbəşiroğlu: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil""
\r\n
\r\n
\r\n Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının göstərdiyi konstruktiv mövqeyi fonunda Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi nə zamana qədər davam edə bilər? Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasının əsas səbəbi dünya ictimaiyyətinin məsələyə ikili mövqedən yanaşmasıdır:
\r\n
\r\n \"Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oybektiv mövqe nümayiş etdirmir. Yəni, Azərbaycanın ərazilərinin işğal olunması faktı birmənalı olaraq qəbul olunmur. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələrdə işğalçı Ermənistanın adı konkret olaraq cəkilmir. Bu, özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mənfi təsir göstərən amildir. Bir sözlə, Ermənistan tərəfi Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, işğalçı ölkə olan Ermənistana qarşı təzyiqlər tətbiq edilməli idi. Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur. Bu da beynəlxalq ictimaiyyətin ermənipərəst mövqedən çıxışını göstərən məqamdır. Təbii ki, hər zaman Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sədaqət nümayiş etdirməklə, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün bütün səylərini səfərbər edib. Bir sözlə, ATƏT-in Minsk Qrupunun təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Azərbaycan tərəf müsbət yanaşmışdır. Azərbaycan dövləti bu prinsiplərə \"hə\" dediyi vaxtda Ermənistan hələ də bu prinsiplərə münasibət sərgiləməmişdir. Bu da onu göstərir ki, işğalçı ölkə olan Ermənistan münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Bir sözlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. Ermənistan bir dövlət olaraq işğalçılıq siyasətini prioritet kimi qəbul etdiyini göstərir. Bu baxımdan da, bu günə kimi, münaqişə öz həllini tapmayıb. Yəni, münaqişənin mahiyyətinə, səbəblərinə və tənzimlənməsi prosesinə qeyri-obyektiv və qeyri-konstruktiv yanaşması Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olub\".
\r\n
\r\n
\r\n
\r\n GÜLYANƏ