PDF Oxu

Sosial

  • 50

Qorxaq prezident mərdlikdən danışır

Qorxaq prezident mərdlikdən danışır

Ermənistan prezidenti son günlərdə gördüyü işlər və verdiyi bəyanatlarla özünü bir daha rüsvay edib. Onun Ramil Səfərovun azadlığa çıxması ilə bütün Ermənistan rəhbərliyini bir-birinə vurması, bununla bağlı təcili tədbirlər görməyə cəhd göstərməsi bir növ artıq iflasa uğramış siyasi məqsədləri uğrunda son mübarizəsinin təzahürü idi. Qondarma Dağlıq Qarabağ respublikasının müstəqillik günü münasibətilə təbrikdə dediyi sözlər isə daha məntiqsiz və gülüncdür.

Sarkisyan qondarma respublikanı inkişaf etmiş və çiçəklənən ölkə adlandırmaqla, absurd fikirlərini irəli sürən Sarkisyan, həmçinin, həyasızcasına Qarabağ ermənilərini zülmə, etnik təmizləməyə məruz qalan xalq kimi təqdim edib. Müharibə mövzusuna da toxunan erməni prezident Azərbaycanı təhdid etməkdən də çəkinməyib: "Ermənistanı zəif bilmək lazım deyil, biz yenə də döyüşə və qalib gələ bilərik"."

Maraqlıdır, görəsən, Sarkisyan hansı döyüş və qalibiyyətdən danışır? Axı dinc əhaliyə qarşı silahlı erməni dəstələrinin təcavüzü, onlara divan tuması döyüş və yaxud da müharibə adlandırıla bilməz. Heç bir maneə ilə rastlaşmayan erməni terrorçuları və rus silahlılarından ibarət dəstələr Dağlıq Qarabağ və ətraf rayonların ərazilərinə girərək, burada kütləvi qətllər törədən ermənilər indi döyüşdüklərini və qalib gəldiklərini iddia edirlər. Tarix boyu cüzi bir qəhrəmanlıq nümunəsi olmayan ermənilər daim qorxaqlıq və həyasızlıqla nəyəsə nail olmağa çalışıblar.

İndi isə Sarkisyan deyir ki, onun ordusu döyüşüb qalib gələ bilər. Hansı orduyla? Günü-gündən daha acınacaqlı vəziyyətə düşən ordunun nəinki döyüşməyə, heç öz ölkəsinin sərhədlrini müdafiə etməyə belə gücü çatmır. Azərbaycan əsgərini görəndə qorxusundan özünə yer tapa bilməyən, faktiki olaraq acından ölən erməni əsgəri hansı döyüşə girə bilər?

Sarkisyan Ramil Səfərovun azad edilməsi məsələsinə də toxunaraq, öz çirkin niyyətlərini bir daha büruzə verib: "Artıq bundan belə heç bir kəs Dağlıq Qarabağ ermənilərinə Azərbaycana birləşin deyə bilməyəcək. Çünki onlar erməni zabitini öldürən şəxsi azad etdilər"." Görünür, ermənilər bu məsələdən də öz niyyətləri naminə istifadə etməyə çalışacaq. Bu günlərdə beynəlxalq səviyyədə böyük hay-küy yaradan ermənilər Ramil Səfərovun azadlığa çıxması məsələsini hələ də həzm edə bilmirlər. Təbii ki, bu gün onları maraqlandıran əsas məsələ erməni zabitini öldürən şəxsin azadlığa çıxması yox, bu məsələdən hansı şəkildə Dağlıq Qarabağ münaqişəsində istifadə etməkdir. Hər vəchlə torpaqları işğal altında saxlayaraq mövcud status kvonun saxlanmasına çalışan Ermənistan dövləti danışıqları ləngitmək üçün istənilən metoddan istifadə etməyə hazırdır. Danışıqların növbəti mərhələlərində də onların adıçəkilən məsələdən danışıqları uzatmaq üçün bəhanə kimi istifadə edəcəkləri istisna deyil. Hətta onların buna start verdiyini də demək olar. Belə ki, erməni ekspertlər artıq Ermənistanın danışıqları dayandıra biləcəyini qeyd ediblər. Bu gür bəhanələrlə danışıqlara xələl gətirmək lazım olsaydı Azərbaycan tərəfinin əlində Ermənistanın terrorçulara göstərdiyi diqqəti nümunə gətirə biləcək çoxlu sayda faktlar var. Terrorçu ermənilərin ölkəsində necə qarşılandığı, onlara hətta milli qəhrəman statusu verildiyi, lobbi köməkliyi ilə ömürlük həbsdən necə azad edildiyi kimi tarixi həqiqətlərə toxunmaqla Ermənistanın əsil üzünü açmaq olar. Lakin bu kimi məsələləri gündəmə gətirməklə münaqişənin həlli məsələsindən yayınmaq olmaz. Bu daha təhlükəlidir.

MURAD

Digər xəbərlər