PDF Oxu

Sosial

  • 54

Zahid Oruc: "Ermənistan Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışır"

Zahid Oruc: "Ermənistan Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışır"

Millət vəkili Zahid Oruc qəzetimizə verdiyi açıqlamasında Ermənistanla Rusiya arasında yüksək səviyyəli hərbi əməkdaşlıq qurulduğuna dair bu ölkənin müdafiə naziri Seyran Ohanyanın bəyanatına münasibət bildirib: "Ermənistan Azərbaycanla Rusiya arasında mövcud münasibətlərə kölgə salmağa çalışır. Rusiya Ermənistandan istifadə etdiyi kimi, Ermənistan da hər zaman Rusiyadan yararlanmağa çalışıb". Bu siyasətin bu gün də davam etdirildiyinə söyləyən Zahid Oruc hesab edir ki, Rusiyanın Azərbaycanla yüksək səviyyəli münasibətlər qurmasına Ermənistan həmişə əngəl yaratmağa cəhd göstərib.

Z.Oruc, həmçinin, vurğulayıb ki, Ermənistan müxtəlif vasitələrlə ictimaiyyəti çaşdırmağa çalışır: "Rusiya ilə Azərbaycan arasında münasibətlərdə nə vaxt soyuqluq hiss olunursa, bunun səbəbkarı birmənalı olaraq Ermənistandır".

Ermənistan hakimiyyətinin heç vaxt müstəqil mövqedən çıxış etmədiyini deyən millət vəkili onu da vurğulayıb ki, müstəqil dövlət rolunu oynayan Ermənistan bütün addımlarını Rusiyanın nəzarəti altında atır.

Aytən

Digər xəbərlər