PDF Oxu

Sosial

  • 63

Müxalifət dağınıq haldadır

Vaqif Abışov: "Müxalifət düşərgəsində birləşən partiyalar, reall qüvvəyə malik deyillər"

Müxalifət dağınıq haldadır

Müxalifət düşərgəsində yeni bir qurumun-"16-lar"ın yaradılması düşərgə daxilindəki pərakəndəliyi, dağınıqlığı aradan qaldıra bilərmi? Müxalifətin ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarı ilə düşərgədaxili qeyri-müəyyənliyin, eləcə də, gərginliyin və bütün bunların fonunda parçalanmaların daha da dərinləşməsinə gətirib çaxarmayacaq ki? Ayrı-ayrı partiyaların müxtəlif qurumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində ciddi problemlər yaratmayacaq ki? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışovun sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların bir-biri ilə birləşməsinin səbəbi 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədardır.

Həmin partiyaların elə bir gücü yoxdur ki, nə isə bir iş görərək nəyəsə nail ola bilsinlər. Yəni, müxalifət düşərgəsində birləşən partiyalar, reall qüvvəyə malik deyillər. Demək olar ki, zaman-zaman müxalifət qüvvələri arasında birləşmə də olub, parçalanma da. Amma bu dəfə müxalifət partiyalarınını birləşməsinin ömrünün uzun və qısa olmasını zaman göstərəcək. Düzdür, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq müxalifətçilər arasında "vahid namizəd" məsələsi ilə bağlı fikirlər səslənib. Amma adı çəkilən qüvvələrin "vahid namizəd" məsələsinin alınması bir o qədər də inandırıcı görünmür. Bunun da səbəbi onların xalq tərəfindən heç bir siyasi dəstəyi olmaması ilə bağlıdır. Demək olar ki, müxalif qüvvələri ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib. Həmin partiyaların seçkiləri uduzması yalnış siyasi səriştələrinin olmaması ilə bağlıdır. Artıq müxalifətdə fəaliyyət göstərən partiyalara xalqın heç bir inamı qalmayıb. Bu inamsızlığı da onların özləri yaradıb. Amma gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq sözügedən qüvvələrin hər hansı bir uğur qazanması inandırıcı görünmür.

GÜLYANƏ

Digər xəbərlər